Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən...

Sosial mediada gündəm olan hadisənin detalları açıqlandı: qohumlarına tava atarkən...
Türkiyənin İstanbul şəhərinin Küçükçekmece rayonunda baş verən hadisə sosial media gündəminə düşüb.

33 yaşlı Turgay E. və qohumları arasında səbəbi bilinməyən mübahisə olub.

Evdəki insanlar küçəyə çıxıb və mübahisə böyüyüb. Turgay evinin eyvanından mübahisə etdiyi qohumlarına məişət əşyaları atmağa başlayıb. Həmin əsnada müvazinətini itirərək eyvandan küçəyə yıxılıb. Olayın anları qonşular tərəfindən telefonla çəkilib. Turgay E. bir neçə gün müalicədən sonra evə buraxılıb.

Məsələ ilə bağlı istintaqa başlayan polis olay şahidlərini dindirib.(publika)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 4228 Tarix: 08.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol