Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİ

Üçqat və şəffaf maska taxsanız... - Mütəxəssislərdən HƏYƏCAN TƏBİLİÜmumdünya Səhiyyə Təşkilatı (ÜST) COVID-19 pandemiyasına nəzarət üçün maskaların istifadəsinə dair təlimatını yeniləyib. ÜST-ün Azərbaycan nümayəndəliyinin yaydığı məlumatda bildirilir ki, bu təlimat yeni əldə olunmuş sübutlara əsaslanır. Bununla ÜST hökumətlərə yeni növ koronavirusun yayılmasının qarşısını almaq üçün ilk dəfə ictimai yerlərdə maska taxmağı tövsiyə edib. Qurumun təlimatında maskaların keyfiyyəti də yer alıb. Təşkilat virusdan qorunmaq üçün üçqat maskalardan istifadəni tövsiyə edib. Təlimatda səhiyyə müəssisələrində işləyən bütün işçilərin maska taxmalı olduğu da bildirilib.

BiG.AZ publika.az-a istinadən maskaların istifadə qaydasını və üçqat maskaların koronavirusla mübarizədə effektliliyini araşdırıb.

Azərbaycan Tibb Universitetinin dosenti, yoluxucu xəstəliklər üzrə mütəxəssis Elza Orucova bildirib ki, koronavirus kəskin respirator virus infeksiyasıdır. Onun sözərinə görə, digər bu tip virus infeksiyalarında, o cümlədən qripdə də dörtqatlı maska tövsiyə olunur:

"Adi qrip zamanı maska taxmayan insanlar qapalı müəssisədə 150 nəfəri yoluxdura bilir. Maska taxanda isə 50 nəfərin yoluxma ehtimalı var. Yeni növ koronavirus əleyhinə də insanlar mütləq şəkildə maska istifadə etməlidirlər. Bu infeksiyanın başlanğıcında 50 faiz insan maskanın əleyhinə, digər 50 faiz isə maskanın xeyirinə danışsa da, yekun olaraq qərara gəlindi ki, maskalar bütövlükdə bu infeksiyadan qoruyur. Maskanın növləri də müxtəlifdir və fərqli təyinatlı, konstruksiyalı maskalar var. Ən etibarlısı, ən yaxşısı və daha çox qoruyanı adi tibbi maska, o cümlədən əməliyyat maskalarıdır. Buna cərrahi maska da deyirlər. Bu tip maskalar mütləq taxılmalıdır. Əvvəllər deyirdilər ki, bunu yalnız xəstələr taxmalıdır. Təbii ki, xəstələrlə işləyən həkimlər xəstəxanada N95 və s. maska növlərindən istifadə etməlidirlər. Ancaq indiki mərhələdə sağlam insanların da maska taxması şərtdir. Çünki bu xəstəliyin simptomatik, simptomsuz və ya yüngül formaları var. Həmin xəstələr özlərini praktiki sağlam hesab edirlər. Belə olan halda isə onlar digər sağlam insanları da yoluxdura bilirlər. Bu baxımdan sağlam insanların hər biri maskalardan istifadə etməlidir. Tibbi maskalar virus dövründə filtr rolunu oynayır".

Maskaların istifadəsinə gəlincə, mütəxəssis qeyd edib ki, bu tip maskalardan müəyyən fasilələrlə istifadə etmək daha məqsədəuyğundur. Onun sözlərinə görə, insanların əksəriyyəti maskanı görüntü üçün taxır və ya düzgün taxa bilmir: "Maskanın metal hissəsi yuxarıdan buruna sıx yapışmalıdır və alt çənəni də əhatə etməlidir. İnsanlar isə sadəcə ağız boşluğunu tuturlar. Yadlarından çıxır ki, bu infeksiya əsasən hava-damcı vasitəsilə yoluxur. Giriş qapısı ən çox burunun selikli qişasıdır. Sonra isə ağız-udlaqdır. Əvvəllər ÜST-ün məlumatlarını çox təqdir etmirdilər. Ancaq indi əməl edirlər. Sərt qaydalardan biri də elə maskalardan hamının istifadəsini təmin etməkdir. Üz maskalarını uzunmüdətli taxmaq olmaz. Bu tip respirator maskalar müəyyən kateqoriyalara bölünür. Onları 2-4 saat müddətində taxmaq olar. Bu müddətdən artıq taxmaq məqsədəuyğun deyil. Biz karbon qazını yenidən uda bilərik. Bu da çox insanlarda müəyyən problemlərə yol açır. Türkiyə təcrübəsində də gördük ki, bütün günü həmin maskalarda olmaq ürəkgetmələrə və digər xoşagəlməz hallara səbəb olur. Açıq havada maska taxmağa isə ehtiyac yoxdur. Artıq havalar da istidir. Bütün günü bu tip maskalardan istifadə etmək çətinliklər yaradır. Qapalı yerlərdə, ictimai nəqliyyatda və iş yerlərində mütləq tibbi maskadan istifadə etmək lazımdır".

Baş infeksionist Cəlal İsayev isə bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya nəzarət üçün maskaların istifadəsinə dair yeni təlimatı effektiv olacaq. O qeyd edib ki, üçqatlı maskaların orta qatının gigiyenik və qoruyucu effektinin olması virusu tutub saxlayır, tənəffüs yolu ilə bədənə keçməsinin qarşısını alır:

"Dünyada bu virusdan ölənlərin və yoluxanların sayı gündən-günə artır. Bu hər kəsi narahat edir. Ümumdünya Səhiyyə Təşkilatı da yoluxmaları minimuma endirmək üçün təlimatları yeniləyib. Məsaməli maskalar bu tip viruslara qarşı heç də effektiv deyil. Çünki koronavirus hava-damcı infeksiyası olduğu üçün bundan qorunmaq məqsədilə toxunmamış parçadan hazırlanan maskalar daha çox məqsədəuyğundur. Üçqat maskalardan istifadə olunduğu halda virus damcıları tənəffüs yolu ilə insana keçmək üçün məsamə tapa bilməyəcək. Tövsiyə edirik ki, insanlar virusdan qorunmaq üçün daha keyfiyyətli maskalardan istifadə etsinlər. Plastik materialdan hazırlanan və üzü tam şəkildə əhatə edən maskaların da qoruyucu təsiri yüksəkdir. Çünki bu maskalar virus damcılarının üzə dəyməsinin qarşısını alır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2082   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Bir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər. Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsi

08.09.2021 960
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

"Soyuqdəymə ilə özünüzü aldatmayın!" - Məşhur həkimdən XƏBƏRDARLIQ - VİDEO

Hazırda pandemiya dövründə olduğumuzu, müxtəlif virusların yayıldığını nəzərə alaraq, bədənimizi hər zaman "hücumlara" hazır etməliyik. Son müddət Azərbaycanda da koronavirusa yoluxma və "COVİD-19"dan ölüm sayının kəskin artdığını, yeni ştamların yayıldığını görürük və bu səbədə

09.09.2021 1723