Sumqayıt sakini faciəli şəkildə öldü

Sumqayıt sakini faciəli şəkildə öldü
Sumqayıtda 24 yaşlı gənc faciəli şəkildə ölüb.

Hadisə şəhərin Beşinci məhəlləsində baş verib.

Belə ki, 1996-cı il təvəllüdlü Əliyev Şahin Allahyar oğlu yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb.

Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

O, ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb. Ancaq bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.

Gəncin meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırmalara başlanılıb.(oxu)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1896 Tarix: 08.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol