COVID testi "neqativ" çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir

COVID testi "neqativ" çıxan şəxslər xaricə gedərkən problemlə üzləşir"Azərbaycan Hava Yolları"nın xüsusi reysləri ilə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşmək üçün sərnişinlər uçuşdan 48 saat əvvəl Bakı şəhərində yerləşən klinikalardan birində koronavirus (COVID-19) testindən keçməlidirlər. Yalnız nəticəsi "neqativ" olan şəxs xarici ölkəyə uça bilər.

AZAL saytında həmin klinikaların siyahısı da göstərilib:

Referans Laboratoriyası
"Leyla Medical Center" Klinkası
Memorial Klinikası
"Bona Dea" Xəstəxanası
Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi
Caspian International Hospital
"UltraLAB" Laboratoriyası
İNCİ Laboratoriyası
Baku Clinic (Bakı filialı)
Baku Clinic (Sumqayıt filialı)
Bakı Sağlamlıq Mərkəzi
Mərkəzi Neftçilər Xəstəxanası
Qeyd edək ki, aviaşirkət yalnız PCR testi əsaslı arayışları qəbul edir.

Testin nəticəsinin "neqativ" olması məmnunluğu ilə xarici ölkəyə səfər edən şəxslər isə digər problemlə üzləşirlər. Azərbaycan dilində təqdim olunan test nəticəsini əcnəbilər oxuya bilmir və düşdüyü ölkədə vətəndaşlarımız uzun-uzadı izahatlar verməyə məcbur qalır, lazımsız başağrısı keçirir. Artıq bir neçə nəfər belə halla rastlaşdığından "Report" qeyd olunan klinikalara sorğu ilə müraciət edib.

Məlum olub ki, "Referans Laboratoriyası" və "Leyla Medical Center" Klinkası tərəfindən analiz nəticəsi Azərbaycan dilində, üzərində arayış isə ingilis dilində təqdim edilir.

Digər 2 klinikada - Memorial Klinikası və "Bona Dea" Xəstəxanasında analiz cavabları Azərbaycan dilində verilir. Pasiyentin istəyinə uyğun olaraq tərcümə lazım olarsa, ingilis dilində də arayış təqdim olunur. Lakin bununla bağlı vətəndaşa məlumat verən lövhə yoxdur və yaxud əlavə məlumat verilmir. Bu səbəbdən, xaricə gedən şəxslər bu klinikalara müraciət edərkən test cavablarının ingilis dilində də təqdim olunmasını tələb etməlidirlər.

Sadalanan bu klinikalardan fərqli olaraq, digərləri heç arayışı belə ingilis dilində təqdim etmək üçün özlərinə əziyyət vermirlər.

Xüsusi Təhlükəli İnfeksiyalara Nəzarət Mərkəzi, Caspian International Hospital, "UltraLAB" Laboratoriyası, İNCİ Laboratoriyası və Mərkəzi Neftçilər Xəstəxanasında hesab edirlər ki, vətəndaş özü getdiyi ölkədə qarşılaşacağı problemi əvvəlcədən proqnoz etməli və analiz cavabını haradasa tərcümə etdirib təsdiq etdirməlidir. Bu "ASAN xidmət"də də ola bilər, hər hansı notariat kontorunda da. Bu klinikalardan bildirdilər ki, onların möhürü istənilən xarici ölkədə tanınmalıdır.

Klinikalarımızın özünəinam hissinin belə yüksək səviyyədə olması sevindiricidir, lakin hansısa işi ilə bağlı təcili olaraq xarici ölkəyə səfər edən vətəndaş orada fərqli mənzərə ilə rastlaşır. Ondan həmin ölkənin dilində olmasa da, heç olmasa ümumi qəbul olunmuş ingilis dilində arayışın təqdim edilməsi istənilir.

"Baku Clinic"ə də dəfələrlə zəng etməyimizə baxmayaraq, dəstəyi qaldıran olmadı. "Bakı Sağlamlıq Mərkəzi"ndə isə vəziyyət daha gülməlidir - əlaqə üçün təqdim olunan nömrə başqa bir fiziki şəxsə satılıb.

Bu gün hər bir klinikanın müasir avadanlıqlarla təchiz olunduğunu və həmin avadanlığın son nəsil kompüter proqramları ilə idarə edildiyini hər kəs bilir. Belə olan təqdirdə sual yaranır: xaricə səfər edəcəyini bildirən pasiyentə soruşmadan analiz cavablarını 2 dildə çap edib vermək nə çətin işdir ki? Səfərə hazırlaşan insanı aldığı test cavabını digər instansiyalara aparıb tərcümə və təsdiq etdirməsi qayğısından azad etmək eləmi çətin işdir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1625   Tarix: 08 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Ukrayna: Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi nəticəsində 8 nəfər həlak olub, 29 nəfər yaralanıb

Dnipropetrovskda Rusiyanın intensiv raket zərbəsi olub. BİG.AZ xəbər verir ki, hücum nəticəsində 8 nəfər ölüb, 29 nəfər yaralanıb. Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Açıqlamada Dnipro şəhərində 5 mərtəbəli bir mənzilin vurulduğu bildirilib. Bu hücum nəticəsində 2 nəfərin öldüyü

19.04.2024 291
.

Dubayda seldən xilas olmaq istəyən heyvan avtomobilin qapısından tutub-VİDEO

Dubayda neçə gündür silsilə yağışlar yağıb. BİG.AZ xəbər verir ki, küçələr su ilə dolub daşarkən ətrafdakı heyvanlar da çarəsiz durumda qalıblar. Ərazidə olan pişik avtomobilin qapısından tutub sağ qalmağa çalışması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Həmin videonu təqdim edirik:

19.04.2024 216
.

Faktiki hava açıqlandı

Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Göygöl, Gədəbəy, Şahdağ, Daşkəsən, Xınalıqda şimşək çaxır, arabir yağış yağır. Saat 16:14 radələrində Xınalığa diametri 9-12 mm olan dolu düşüb

19.04.2024 285
.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 155
.

Kamran Həsənlidən qalmaqallı açıqlama: "Yaxşı verilişlərin aparıcılarının saxlayanı var"

"Bu gün sosial şəbəkə və kafelərdən gələn müğənnilər telekanallarda yuxarı başa keçirilir, hətta aparıcılar tərəfindən sənətkar kimi bəh-bəhlə xalqa sırınır". Bu sözləri tanınmış aparıcı Kamran Həsənli -a açıqlamasında deyib. O, bəzi aparıcılar barədə sərt iradlar səsləndirib:. "Onla

18.04.2024 1446
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 543
.

Keçmiş məmur 43 milyon manat dəyərindəki əmlaklarını geri almaq istəyir

"MTN işi"nə görə həbs edilən, sonradan isə azadlığa buraxılan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalovla Baş Prokurorluq və Korrupsiyaya Qarşı Mübarizə İdarəsi arasında məhkəmə çəkişməsi davam edir. "Qaynarinfo" xəbər verir ki, birinci məhkəm

18.04.2024 583
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 542
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174