Daha bir bıçaqlanma hadisəsi baş verdi

Daha bir bıçaqlanma hadisəsi baş verdi

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Big.az "Report"a istinadən xəbər verir ki, hadisə Binəqədi rayonunda qeydə alınıb.

1994-cü il təvəllüdlü Nəsirov Orxan Vaqif oğlu tanıdığı şəxs tərəfindən bıçaqlanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı onun bud nahiyəsində 1 ədəd kəsilmiş-deşilmiş bıçaq yarası aşkarlanıb.

Yaralı cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 849 Tarix: 07.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol