İdman oyunlarına qadağalar aradan qalxdı

İdman oyunlarına qadağalar aradan qalxdı

Azərbaycanda açıq havada idman yarışları və oyunlarının keçirilməsinə icazə verilib.

BiG.AZ-ın məlumatına görə, bu qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah qəbul edib. İcazə idman mallarının istehsalına da alınıb.

Bu yenilik Bakı, Sumqayıt, Gəncə, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Salyan, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 10 avqusut saat 00:00-dan qüvvəyə minəcək.

Beləliklə, Azərbaycan Premyer Liqasının avqustun 21-də başlaması üçün heç bir maneə qalmayıb. Eyni zamanda klublar və milli komanda rəqiblərini öz meydanında qəbul edə biləcək.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 747 Tarix: 07.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol