"Fomula 1" yarışçısından BƏDXƏBƏR: Koronavirus testi ikinci dəfə də...

"Fomula 1" yarışçısından BƏDXƏBƏR: Koronavirus testi ikinci dəfə də..."Formula-1" yarışlarının "Reysinq Point" komandasının meksikalı pilotu Serxio Peresin koronavirus testinin nəticələri ikinci dəfə pozitiv çıxıb.

"Fomula 1" yarışçısından BƏDXƏBƏR: Koronavirus testi ikinci dəfə də...BiG.AZ Sonxeber.az-a istinadən xəbər verir ki, bu barədə "Formula-1" öz saytında açıqlama verib.

Açıqlamada Serxio Peresin Böyük Britaniyada keçiriləcək yarışdan əvvəl test verdiyi və koronavirus testinin pozitiv olduğunu bildirilib.

Beşinci mərhələdə, əvvəlki yarışda olduğu kimi, Peresin əvəzinə Alman Nico Hulkenbergin mübarizə aparacağı qeyd olunub.

Qeyd edək ki, ötən ay koronavirusa yoluxan pilot S.Peres Böyük Britaniya Qran Prisində 4-cü mərhələdə iştirak edə bilməyib.

Böyük Britaniyada mövsümün 5-ci yarışı 9 avqust bazar günü 16.10-da başlayacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 564   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş