"Yaxşı ki, həmin insan artıq həyatımda yoxdur, ayrıldım" - Fatimə ağladı

"Yaxşı ki, həmin insan artıq həyatımda yoxdur, ayrıldım" - Fatimə ağladı"Yaxşı ki, həmin insan artıq həyatımda yoxdur, ayrıldım" - Fatimə ağladı"Sevməyənlərim kimi, məni sevən insanlar az deyil. Həyatımda ən böyük dəstəyim, hər addımımı düşünən anamdır (ağlayır). Evdən çıxanda onu o qədər öpmüşəm, anasız mənə çox çətin olar. O, mənim üçün hər şeydir. 71 yaşı var, deyir həyatda heç nə görmədim. Atam yaraşıqlı kişi olub, gözəl xanımları bəyənib. Anam da onu qısqanıb. Atam xəstə olanda anamdan o qədər yapıçmıçdı ki, səni incitdim, haqqını halal elə. Deyirəm, anamdan elə qorxuram ki... Son vaxtlar insanlar ana-ata itirir, yaşlılar gedir. Çox qorxuram, onsuz nə edərəm. Mənim üçün dua edən, hər şeyindən keçən bircə anamdır".

Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə Fatimə Fətəliyeva "Həyat, sevgi, göz yaşı" proqramında deyib. Anasından bəhs edən sənətçi göz yaşlarını saxlaya bilməyib. Fatimə anasını incitdiyini etiraf edib:

"Mələk deyiləm... Yalan da danışmayım. Hərdən anamı çox inctmişəm".

İlk ailə qurmasından söz açan sənətçi peşmançılığını gizlətməyib:

"Özümü heç vaxt bağışlamayacam, valideynlərimin sözünə qulaq asmadım. Onlar mənə "yox" dedilər, onlara qarşı çıxdım. Ailə qurdum və çox peşmanam. O insana görə valideynlərimə qarşı çıxmağa və özümə qəsd etməyə dəyməzdi. Həmin sevgidən zərbə aldım, amma qız övladı qazandım. İndi ona görə ağlamıram. Düşünməsin ki, ona görə göz yaşı tökmüşəm və tökürəm. Yox, mən bədbəxt deyiləm. Xoşbəxtəm, gözəl həyatım var, yaxşı ki, həyatımda yoxdur. Qızımı böyütdüm, elə tərbiyyə verdim ki...".

Fatimə "Yoldaşınız övladından niyə imtina etdi? Ayrılan qadın övladına halal çörək də yedizdirəndə " sualına isə belə cavab verib:

"Elə insan var ki, uşağını atır. Eləsi də var ki, övlad üçün yalvarar. Çətin günlər yaşadım və anamla birlikdə ayağa qalxdım. Rəqqasəlik oldum, hamı bizdən üz döndərdi. Atamın yaxşı vaxtlarında hamı evimizdə olardı, anam süfrə açardı. İllər keçdi hamıya sübut etdim ki, boşanmış, rəqqasə də ayaqüstə durar, sınmadan övladını böyüdər".

Sənətçi ikinci dəfə ailə qurmasından söz açıb:

"Qızım balaca olanda ailə qurdum. Düşünmürdüm ki, ailə qurmaram. Biz qadınlar pişik kimiyik, aldanmaya da dözərik. Amma elə məqam gəlir ki, qapını örtüb getməlisən. Şükür edirəm ki, qarşıma indiki həyat yoldaşım çıxdı. Onu tanıyanda övladımın 12 yaşı var idi. Ona deyirik ki, artıq babasan. Hüseynlə Aydan arasında "atamız ayrıdır" fikri yoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4438   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Britninin 12 il öncə geyindiyi geyim hərraca çıxarılır

"Goldin Auctions" hərrac evi pop müğənnisi Britni Spirsin qarderobundan ikonik əşyanı 25 min dollara satmağa çalışacaq. "Qafqazinfo" xəbər verir ki, bu haqda "Page Six" nəşri yazıb. Söhbət uzun kulonlarla bəzədilmiş gümüşü rəngli geyimdən gedir. Müğənninin bu paltarı 2012-c

25.03.2024 435
.

"Taş bebek" xəstəxanalıq oldu

"Taş bebek" ləqəbli türkiyəli müğənni-aktrisa Gönül Yazar xəstəxanaya yerləşdirilib. Axşam.az xəbər verir ki, buna səbəb 87 yaşlı sənətçinin ayağındakı damarlarda laxtalanma olub. Hazırda onun müalicəsi davam edir

24.03.2024 246
.

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb

Xalq artisti Tünzalə Ağayevanın yeni layihəsi işıq üzü görüb. xəbər verir ki, pop star "Dünya yalnız səndən ibarət" adlı mahnısını dinləyicilərinə təqdim edib. Ağayeva sözügedən mahnı üçün həmçinin kamera qarşısına keçib. Qırmızılara bürünən eşq qadını yeni mahnısı üçün klip də lentə aldırıb

26.03.2024 375
.

Terror zamanı məşhur aktyor da orada olub

Martın 22-si "Crocus City Hall"da baş verən terror aktı zamanı rusiyalı məşhur aktyor Sergey Svetlakov da orada olub. Axşam.az xəbər verir ki, bu barədə aktyor sosial şəbəkədə özü məlumat yayıb. O, "Piknik" qrupunun konsertini izləmək üçün sözügedən məkanda olduğunu bildirib. Aktyo

24.03.2024 511
.

"3-4 müğənninin təbliğatını aparırsınız?" - Nuradan aparıcıya etiraz

"Özümə söz vermişəm, bundan sonra heç bir müğənni ilə bağlı suala cavab verməyəcəyəm. Elə bil bütün verilişlərə pul veriblər ki, eyni müğənnilər haqqında hamıya sual verirlər". Axşam.az xəbər verir ki, bunu müğənni Nura Suri "Rəngarəng səhər" verilişində deyib. Sənətçi aparıcı Ayse

24.03.2024 504
.

Rihannanın yeni görünüşü

Müğənni Rihanna imicini dəyişib. Axşam.az xəbər verir ki, sənətçi saçlarının rəngini dəyişib və onları qısa kəsdirib. Pərəstişkarları yeni saç düzümü və paparassilərin onu tutduğu obrazı bəyənməyiblər. Çoxları onun gülünc göründüyünü, əvvəlki obrazın isə ona daha çox yaraşdığını qeyd edib. Bundan əlavə

26.03.2024 588
.

"Məni 3 manatlıq şorbaya görə iftara dəvət etməyin"

Müğənni Kərim Abasov onu iftar süfrəsinə dəvət edən həmkarlarına əsəbiləşib. Axşam.az xəbər verir ki, sənətçi bunun üçün açıqlama yayaraq, uzaq məsafəyə çağrılmasına etiraz edib:. "Qonaqlığınızı Mərdəkan, Şüvəlan, Novxanı, Nasosnu kimi yerlərə salmayın. Tıxacla gəlib çıxmaq olmur. İş, güc başlayıb

28.03.2024 689
.

Kadir İnanır xəstəxanaya yerləşdirildi

"Yeşilçam"ın ulduzu Kadir İnanır Beykozdakı evində pisləşərək xəstəxanaya yerləşdirilib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu gün səhər saatlarında insult keçirən İnanırın huşsuz vəziyyətdə Ümraniye Təhsil və Araşdırma Xəstəxanasına aparılıb. Sənətçinin beyin tomoqrafiyas

24.03.2024 589
.

Afra Saraçoğlu və Mert Ramazan Demir birlikdə yaşayacaq

Aktrisa Afra Saraçoğlu və aktyor Mert Ramazan Demir birlikdə yaşamağa qərar veriblər. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. Onlar artıq yeni evə köçüblər

26.03.2024 758