Karantindən sonra çimərliyə üz tutanların NƏZƏRİNƏ: Bu insanlar RİSK QRUPUNDADIRLAR

Karantindən sonra çimərliyə üz tutanların NƏZƏRİNƏ: Bu insanlar RİSK QRUPUNDADIRLAR"COVİD 19"un səbəb olduğu pandemiya ilə əlaqədar ölkəmizdə tətbiq olunan sərt karantin rejiminin növbəti yumşalmasıyla vətəndaşlarımız çimərliklərdən istifadə edə biləcəklər. Lakin xüsusən stressdən immun sisteminin zəiflədiyini nəzərə alaraq, uzun müddət ev şəraitində qalan və müəyyən risk qrupuna daxil olan insanlar qapalı mühitdən birbaşa çimərliklərə yollandıqları zaman ehtiyatı əldən verməməlidirlər.

Karantindən sonra çimərliyə üz tutanların NƏZƏRİNƏ: Bu insanlar RİSK QRUPUNDADIRLARBiG.AZ-ın verdiyi xəbərə görə, bu barədə nefroloq-terapevt Taleh Nağdalıyev özünün "İnstagram" səhifəsində yazıb.

Karantindən sonra çimərliyə üz tutanların NƏZƏRİNƏ: Bu insanlar RİSK QRUPUNDADIRLARO, qeyd edib ki, istifadəsinə icazə verilməyən çimərliklərdə dəniz suyunda bağırsaq çöpü (E.Coli) və digər bakteriyalar normadan artıq olduğundan sidik yolu infeksiyaları (sistit,uretrit və s) başda olmaqla bir sıra infeksion xəstəliklər yarana bilər.

Bəs xüsusi risk qrupu kimlərdir?

Bu suala da həkim aydınlıq gətirib:

- 16-35 yaş arası insanlar,
- Hamilə qadınlar,
- Azyaşlı qız uşaqları (2 - 6 yaş),
- Sünnət olunmamış oğlan uşaqları,
- Şəkərli diabeti olan xəstələr,
- Təkrarlanan sidik yolu infeksiyası olanlar,
- Yanaşı xəstəlikləri (prostat adenoması, böyrək daşı və s) olan və yaşı 65-dən yuxarı şəxslər və s

Dr. Nağdalıyev qeyd edib ki, sidik yolu infeksiyalarının "COVİD 19" ilə bəzi oxşar əlamətləri ola bilər:

"Əgər sizdə yorğunluq, halsızlıq, baş ağrıları, üşütmə, titrətmə, gecə tərləmələri, sidik ifrazının ağrılı, yandırıcı olması kimi əlamətlər varsa, mütləq mütəxəssis həkimlərə (infeksionist, uroloq, nefroloq) müraciət edin".

Sonda həkim çimərliklərdə istirahət zamanı sosial məsafəyə və gigyenik qaydalara riayət etməyi tövsiyə edib.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 981   Tarix: 07 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş