"Hardasız Xalq artistləri, niyə yanlış paylaşım edən müğənnilərə nəsə demirsiz?"

"Hardasız Xalq artistləri, niyə yanlış paylaşım edən müğənnilərə nəsə demirsiz?""Sənət dostlarıma demək istəyirəm ki, mehriban olmalı, hər şeyə səbrlə yanaşmalıyıq. Bu sözləri mən deməli deyildim. Yaşda məndən böyük olan sənət adamlarından üzr istəyirəm. Bu günə kimi gözlədim. Heç biri çıxıb bir kəlmə demədi. Çıxıb biz gənclərə məsləhət vermədilər".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni Xatirə İslam İnstaqramda canlı yayımda deyib. Sənətçi fəxri ada layiq görülən sənət adamlarına səslənib. Xatirə bildirib ki, Xalq artistləri gənc ifaçılara məsləhətlər verib, paylaşımlarına nəzarət etməlidirlər:

"Xalq, Əməkdar artistlər, digər fəxri adlar alan bütün sənət adamları, yaşlı-başlı sözükeçən sənətkarlar çıxıb danışmalı idi. Başa düşürəm hamı üçün çətindir, mənim üçün də. Biz çıxıb emosional, yalan-doğru danışırıq. Amma sənətkarlarımızı görmürəm. Sizin sənətiniz Ölkə başçısı tərəfindən dəyərləndirilib. Bizim böyüklərimiz, ağsaqqlarımızsınız. Siz nə vaxt bizə yol göstərəcəksiniz: filankəs səbr et, danışmaq olmaz, bunu paylaşdın sil... Bunları siz bizə deməlisiniz.

Fəxri adlara layiq görülmək yalnız səhnə fəliyyətindən ibarət deyil. Fəxri ad alanlar dövlətə xidmət etməlidir. Xalqın artistisiniz xalqın yanında olun. Gənc ifaçılar düz olmayan paylaşım edir, narazıçılıq bildirilər. Haqlı, haqsız videolar yerləşdirirlər. Haqlı olanları qədər, yerli-yersiz söz deyənlər də az deyil. Mən özüm də hansısa yanlış paylaşım etmişəmsə, səbirsizlik edib tez danışmışamsa, karifeyimizin sözünü eşidərəm. Deyərəm, üzr istəyirəm, bir də belə demərəm.

Hamı sakit dayanab, gözləyir ki, toylar başalasın gedib oxuyaq. O da olacaq, ağsaqqallarımızın sözünü gənclər eşidərb. Əgər siz bu adlarla dəyərləndirilmisinizsə, bununla hallaşmaq lazımdır. Siz dəstək olmalısınız, imkan verməməlisiz sizdən kiçik olanlar danışsın".

Xatirə ona yazılan "Sənin var yeyirsən, başqasının yoxudur" sözlərinə belə cavab verib:

"Mənim üçün də ağırdır, çətindir, xoş deyil evdə oturmaq. Müğənnilər, musiqiçilər toy istəyəndə ağzınıza gələni yazırsız. Biz musiqiçi olduğumuz üçün toy istəyirik da. Maşındüzəldən olsaydıq, avtomobil istəyərdik. Adi insanlar var ki, müğənnidən yüz dəfə yaxşı yaşayır.

Bəzən anlayıram ki, biz sənət adamları hər şeyimizi açıb danışaraq səhv etmişik. Bunu etmək səmimilik yox, ağılsızlıqmış".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5091   Tarix: 06 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Koronavirus bəlası sənət adamları arasında - Kimlər peyvənd olunub?

Son günlər bir neçə yerli sənət adamının koronavirusa yoluxma xəbəri medianın gündəminə çevrildi. Bütün dünyanı cənginə alan bu xəstəliyə yoluxub sağalanları görsək də, çox təəssüf ki, gözlənilməz şəkildə həyatını itirən sənətkarlar da oldu. Belə bir məqamda həmin sənətçilərin xəstəlikdən öncə peyvən

16.09.2021 1870
.

"O səs Türkiyə"nin münsifləri açıqlandı

Türkiyənin məşhur aparıcısı, TV 8-in rəhbəri Acun Ilıcalı "O səs Türkiyə"nin yeni mövsümdəki münsiflərini açıqlayıb. xəbər verir ki, münsif kürsüsündə Ebru Gündeş, Oğuzhan Koç, Bəyazid Öztürk və Murad Boz əyləşəcək. Qeyd edək ki, yarışmanın çəkilişlərinə noyabrda başlanılacaq

15.09.2021 2403
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Serenaya görə Umutu sildi

Aktrisa Melisa Şenols keçmiş sevgilisi iş adamı Umut Evirgeni instaqramda izləmədən çıxarıb. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb cütlük ayrıldıqdan sonra Umutun aktrisa Serenay Sarıkaya ilə eşq yaşaması iddiaları olub. O, bütün birlikdə çəkdirdikləri fotoları da hesabından silib. Umut is

17.09.2021 2293
.

İlin ən gözəl qadını seçildi

"Glamour Magazine" jurnalında dərc olunan məqalədə ilin ən gözəl qadınının adı açıqlanıb. Axşam.az-a istinadən xəbər verir ki, bu ada türkiyəli aktrisa Hande Erçel layiq görülüb. Qeyd edək ki, aktrisa sonuncu dəfə "Sen çal kapımı" serialında baş rolu canlandırıb

17.09.2021 8355
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431