"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEO

"Rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq..." - VİDEOAzərbaycanda koronavirus pandemiyasına görə tətbiq edilən sərtləşdirilmiş karantin rejimində avqustun 5-dən etibarən bəzi məhdudiyyətlərin götürülməsinə qərar verilib. Lakin rəsmilər və mütəxəssilər bildirir ki, yumşalma qərarından sonra vətəndaşların məsuliyyəti daha da artır və yoluxmanın təkrar sürətlənməməsi üçün qaydalara daha ciddi əməl edilməlidir.

BiG.AZ Axşam.az-a istinadən xəbər verir ki, TƏBİB-in Elmi Komitəsinin üzvü, professor Akif Qurbanov "Real" TV-yə müsahibəsində bildirib ki, Azərbaycanda karantin rejiminin sərtləşdirilməsi yoluxma sayının 600-dən 200-dək azaldıb:

"Xəstəxanalarda da yerlər boşalır, yükdən azad olunur. Əgər karantin rejimi sərtləşdirilməsəydi, xəstələri yerləşdirməyə yer tapa bilməzdik. Ona görə də karantin rejiminin sərtləşdirilməsi düzgün addım idi. Bu gündən isə icazə sistemi ləğv edildi, çimərliklərə getməyə icazə verildi. İnsanlar hansı çimərliyə gedəcəyini də sıxlığa görə müəyyən etməlidirlər. Çimərliyə gedərkən insanlar çox ehtiyatlı olmalıdılar. Bir gün çimərliyə gedib 3-5 saat dincələndə yoluxsanız, gələndən sonra iki həftə karantində qalıb müalicə olunacaqsınız. Bu sizə lazımdır? Karantin rejimi yumşaldıqdan sonra əvvəlkindən də daha sərt, daha ciddi qaydalara əməl olunmalıdır. Vətəndaşlar mümkün qədər ictimai nəqliyyatdan az istifadə etsinlər və ya istifadə etməsinlər.

Rayonlara getmək qadağası aradan götürülməsi ilə bağlı istəklər çoxdur. Bizim elə rayonlarımız var ki, orada yoluxma yoxdur, amma Bakıda çoxdur. Bakıdan bir nəfər həmin rayona gedib oradakı insanları yoluxdursa, onda bizim üçün yeni infeksiya ocağı yaranacaq. Mən hesab edirəm ki, həmişə belə qalmayacaq, yoluxma sayı müzakirə olunub götür-qoy ediləcək və bu məsələyə baxılacaq. Aprel-may aylarındakı sərt karantin rejimindən sonra yumşalma çox qısa vaxt oldu və yoluxmaların sayı artdı. Bu gün isə maksimum mərhələli şəkildə yumşalmaya gedirik ki, o halı təkrar yaşamayaq. Bu gün rayonlar arası qadağa götürülsə, yoluxma sayı yenə 600-ə çatacaq və yenə sərtləşmə olacaq. Belə mübarizə olmaz axı. Ona görə insanlar düşünsün ki, bütün bu işlər onların sağlamlığı üçün edilir, heç də bu işlərin arxasında onların bilmədiyi hansısa məsələ yoxdur. Hazırda bütün ölkələrdə karantin qalır. Heç bir ölkə sərhədlərini açmayıb. Əhalisi bizim ölkənin sayına yaxın olan və səhiyyəsi inkişaf etmiş, karantin tətbiq etməyən İsveçdə ölüm sayı Azərbaycandan təxminən 10 dəfə çoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1329   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Qırğızıstan Prezidenti Sadır Japarov Füzuli rayonuna gedib

Azərbaycan Respublikasında dövlət səfərində olan Qırğız Respublikasının Prezidenti Sadır Japarov aprelin 25-də Füzuli rayonuna gedib. AZƏRTAC xəbər verir ki, Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Qırğız Respublikasının Prezidenti Sadır Japarovu Azərbayca

11:34 202
.

Dünyanın ən gənc həkimi: 17 yaşında

Ümumiyyətlə, həkim peşəsinə yiyələnən şəxsin çox gənc yaşda ola bilməyəcəyini hər birimiz bilirik. Axı əvvəlcə məktəbi bitirməli, 5-6 il tibb universitetində oxumalısan. Ali tibb təhsili diplomu alan insanlar ən azı 22-23 yaşda olurlar. xarici KİV-ə istinadən xəbər verir ki, ancaq bu qaydanın istisnalar

19:00 273
.

Azərbaycanda 8-ci sinif şagirdi qoşulub qaçdı

Azərbaycanda məktəbli qız evlənmək məqsədilə qoşulub qaçıb. -ın əldə etdiyi məlumata görə, hadisə Goranboy rayonunda qeydə alınıb. Məlumata əsasən, aprelin 23-də Xoylu kənd məktəbinin 8-ci sinfində təhsil alan qız naməlum şəxsə qoşularaq qaçıb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi mətbuat xidmətini

14:29 715
.

Azərbaycan - Rusiya münasibətlərində milli maraqlar- Təhlil

"Azərbaycanın xarici siyasəti hər zaman praqmatikliyi ilə seçilib. Bu illər ərzində ölkəmiz regionda daim sabitləşdirici mövqedən çıxış edərək region ətrafında qlobal güclər arasında ziddiyyətlərin aradan qaldırılması üçün əlindən gələni edib. Balanslı siyasət nəticəsində sabit bölgə üçün daim vuruşa

15:35 122
.

İlham Əliyev Qırğızıstan prezidentinə Qarabağ atı hədiyyə etdi - FOTO

Azərbaycanda səfərdə olan Qırğızıstan Prezidenti Sadır Japarova Qarabağ atı hədiyyə edilib. AZƏRTAC xəbər verir ki, aprelin 25-də Ağdamda Azərbaycan İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar və sonra Qarabağ atların

17:29 215
.

Pasterizə edilmiş süddə quş qripi aşkarlandı

Quş qripinə səbəb olan H5N1 virusunun fraqmentləri ölkədə bəzi pasterizə edilmiş süd nümunələrində tapılıb. BİG.AZ xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərman Administrasiyası məlumat yayıb. Səhiyyə orqanları virus və bakteriyaların çiy və ya pasterizə edilmiş süd nümunələrində aşkar edildiyini bildiriblər

11:28 48
.

Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər

Aprelin 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov birgə nahar ediblər. Bununla bağlı AZƏRTAC məlumat yayıb

16:33 459
.

İlham Əliyev və Mehriban Əliyeva Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın ilk ombudsmanı Elmira Süleymanovanın dəfn mərasiminə əklil göndəriblər. xəbər verir ki, əklil mərhumənin məzarı üstünə qoyulub. Qeyd edək ki, E.Süleymanova bu gün 87 yaşında uzun sürən xəstəlikdən sonra vəfat edib və İkinc

16:28 479
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372