Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır - ÜST xəbərdarlıq edir

Pandemiyanın ikinci dalğasını bu şəxslər yayır - ÜST xəbərdarlıq edirKarantin qaydalarının yumşaldılmasından sonra ictimai məkanlara axın edən gənclər dünya miqyasında koronavirusa yoluxmanın artmasında böyük pay sahibinə çevriliblər.

Publika.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.

Bildirilir ki, 14-25 yaş kateqoriyasına daxil gənclərdə infeksiya faizi son 5 ayda 3 qat artıb.

Bir çox ölkədə pandemiyanın ikinci dalğasının yayılması təşvişi yaranıb.

ÜST-ün 24 fevral- 12 iyul tarixləri arasında 6 milyon COVID-19 xəstəsi üzərində apardığı araşdırma nəticəsində gənc nəsildə yoluxmanın 4,5 faizdən 15-ə çıxdığı müəyyən edilib.

Pandemiyanın episentri mövqeyində olan ABŞ-la yanaşı İspaniya, Almaniya və Fransa kimi virusun ən çox yayıldığı ölkələrlə, Yaponiya kimi yoluxmanın yenidən artdığı Asiya ölkələrindəki xəstələrin əksər hissəsinin gənclər olduğu bildirilib.

ABŞ-ın Merilənd ştatındakı Con Hopkins Xəstəxanasının icraçılarından biri olan Neysa Ernst gənclərin qoruyucu maska və sosial məsafə mövzularında daha tədbirsiz davrandıqlarını qeyd edib.

Qeyd edək ki, ÜST-ün Baş katibi Tedros Adhanom Qebreyesus da əvvəlki açıqlamalarında gənclərin koronavirusun yayılmasında böyük təsiri olduğuna diqqət çəkmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1929   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zərərsiz hesab etdiyimiz vərdişlər mədə xərçəngi yaradırmış

Həddindən artıq çox yemək və ya ayaqüstü istehlak vərdişi mədə xərçənginə səbəb olan zərərsiz faktorlardandır. Bu barədə rusiyalı onkoloq və cərrah Beslan Balkarov xəbərdarlıq edib. Mütəxəssisin sözlərinə görə, mədədə xərçəng hüceyrələrinin digər potensial səbəbi "Helicobacter pylori" bakteriyasıdır

20.01.2024 1204
.

Alzheymer riskini artıran metal bəlli oldu

Bəzi diş pastalarının qablaşdırılması zamanı istifadə olunan aliminium kağız (folqa) Alzheymer xəstəliyi riskini artıra bilər. Bu barədə rusiyalı həkim, tibb elmləri namizədi Sergey Çudakov məlumat verib. "Alüminiumun Alzheymer xəstəliyi riskinin artması ilə əlaqəsi var və bu əlaqə elm tərəfində

18.02.2024 843
.

Rənglər sağlamlığınızın qeydinə qalır

Yeməklərdəki rəngarənglik iştahanı artırır. Elə buna görə də aşpazlar yemək hazırlayarkən daha çox tərəvəzdən istifadə etməyə çalışırlar. Axşam.az xəbər verir ki, tərəvəzlərdəki rəngarənglik sağlamlığa da xeyirlidir. Bənövşəyi. Bu rəngdə olan tərəvəzlər sinir sisteminin sağlamlığı üçün yaxşıdır. Bu rən

30.03.2024 399
.

Yuxu zamanı ağızdan axan maye nəyi göstərir?

Yuxu zamanı ağızdan axan suyun ölümcül xəstəliklərin əlaməti ola biləcəyi vurğulanıb. Yuxu zamanı suyun axması ümumiyyətlə normal fizioloji prosesdir. Yuxu zamanı bədən rahatlaşır və əzələlər rahatlaşır. Bu, həmçinin ağız və boğaz əzələlərinin rahatlamasına səbəb olur ki, bu da tüpürcəyin sərbəst axmasın

11.02.2024 1091
.

Oruc tutarkən mədə ağrısından qorunun

Ramazan ayı boyunca ən çox rastlaşdığımız problemlərdən biri də mədədə olan ağrılardır. Axşam.az bu sıxıntıdan qurtulmaq üçün əməl etməli olduğunuz məsləhətləri təqdim edir:. 1. Balanslı bəslənin və normadan artıq yeməməyə çalışın. İftarı iki hissəyə bölüb, 1-1.5 saat fərqlə qidalanın. 2. Mütləq imsa

10.03.2024 914
.

Baş ağrısının səbəbi nələrdir və bundan necə qurtulmaq olar?

Baş ağrısının səbəbləri stres, qidalanma vərdişləri, göz problemləri, dərmanların yan təsirləri, diş çürüməsi, həmçinin qulaq, burun və boğaz xəstəliklərindən yarana bilər. Axşam.az xəbər verir ki, baş ağrının əsas səbəbləri aşağıdakı kimidir:. - Soyuqdəymə və qrip kimi xəstəliklər. - Stres. - Həddində

21.01.2024 933
.

Xərçəngin ən çox yayıldığı ölkələr – SİYAHI

Xərçəngin yayılmasının ölkələr üzrə reytinqi Ümumdünya Səhiyyə Təşkilatının Qlobal təşəbbüsünün məlumatlarına əsaslanır. Mütəxəssislər araşdırma çərçivəsində hansı ölkələrin xərçəngdən daha çox əziyyət çəkdiyini müəyyən ediblər. -ın xarici mediaya istinadla xəbərinə görə, bu reytinq Ümumdünya Səhiyy

31.12.2023 1434
.

Uşaqlarda qızdırmanı salan ən sadə XALQ TƏBABƏTİ ÜSULU

Uşaqlarda hərarəti aşağı salmaq üçün valideynlər tez-tez kələm yarpaqlarından və sərin dəsmallardan istifadə edirlər. Bu üsullar temperaturu azaltmaq, istilik mübadiləsi proseslərini tənzimləməklə uşağın vəziyyətini yüngülləşdirmək üçün ən sadə vasitələrdir. Bunu rusiyalı Regina Qriqoryeva bildirib

07.04.2024 496
.

Orqanizmi qripdən qoruyan zülal kəşf edildi

Alimlər COVID-19, qrip və digər viruslardan qoruya bilən zülal kəşf ediblər. xarici mətbuata istinadən xəbər verir ki, AGO4 zülalı nadir antiinflamatuar xüsusiyyətlərə malikdir. Tədqiqatçılar zərərli mikroorqanizmlərə qarşı ən böyük həssaslıq unikal protein çatışmazlığı olan hüceyrələrdə müşahidə olunur

31.12.2023 975