"Hərbi təlimlərdən sonra nə olacaq?"

"Hərbi təlimlərdən sonra nə olacaq?""Azərbaycanla Türkiyə arasında birgə hərbi təlimlər davam edir. İlk dəfədir ki, iki ölkə arasındakı hərbi təlimlər Azərbaycanda, Türkiyədə, Rusiyada, Ermənistanda, o cümlədən bölgədə marağı olan uzaq ölkələrdə bu qədər böyük maraq doğurub".

Bunu "MediaPost"a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin direktoru, politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun fikrincə, hazırkı təlimlərin bu ölkələrdə maraq doğurmasının iki səbəbi var:

"Birinci səbəb odur ki, Azərbaycan cəmiyyəti işğal altındakı torpaqların boşaldılmasını sürətləndirmək istəyir və bu zaman Ermənistanla aparılan danışıqların fayda verəcəyinə inanmır. Ölkə rəhbərliyi və Azərbaycan cəmiyyəti müharibənin qaçılmaz olduğunu anlayır. Tovuz istiqamətindəki döyüşlər və ondan sonra Azərbaycanla Türkiyənin birgə hərbi təlimləri istər-istəməz belə təəssürat yaradıb ki, iki qardaş dövlət işğal altındakı torpaqların azad olunması üçün birgə addım atmağa hazırdır.

Birgə hərbi təlimlərə olan marağın ikinci səbəbi Türkiyənin bölgədə artan rolu ilə əlaqəlidir. Türkiyə 15 və ya 20 il bundan əvvəlki ölkə deyil. Türkiyə bölgənin aparıcı gücünə çevrilib. Onlar heç kimlə, o cümlədən ABŞ, Rusiya və ya Avropa İttifaqı ilə hesablaşmadan və məsləhətləşmədən istənilən istiqamətdə hərbi əməliyyat həyata keçirir və bu əməliyyatları Türkiyənin milli və təhlükəsizlik maraqları ilə izah edirlər.

Suriyada, Liviyada, İraqda, Aralıq dənizi hövzəsində güclənən Türkiyə Cənubi Qafqazı da öz maraqları siyahısına daxil edib. Bununla artıq Rusiya da hesablaşmaq məcburiyyətində qalıb. Ermənistanın baş naziri Nikol Paşinyan isə elə bilir ki, Türkiyə əvvəllər olduğu kimi Azərbaycan torpaqlarının işğalına seyrçi qalacaq. Ancaq əgər Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla son telefon söhbəti zamanı bu ölkənin Ermənistan-Azərbaycan münaqişəsindəki rolunu qəbul etdiyinə dair fikirlər söyləyibsə, kiçik və kasıb Ermənistan buna qarşı heç nə edə bilməz. Paşinyan bunu qəbul etmək istəmirsə, onun əsas rəqibi, Ermənistanın keçmiş prezidenti Robert Köçəryan bunu anlayıb".

E. Şahinoğlu bildirib ki, Köçəryan artıq iki gerçəyi anlayıb. O deyib ki, Azərbaycan cəmiyyəti müharibə istəyir və bu amillə hesablaşmaq lazımdır:

"Köçəryan həm də onu anlayıb ki, Türkiyəni artıq Cənubi Qafqazdan uzaq saxlamaq mümkün deyil. Əslində bunu Paşinyan da anlayır, sadəcə səsləndirməyə qorxur ki, zəif görünməsin. Ancaq reallıqdan qaçmaq mümkün deyil. Reallıq isə budur ki, Türkiyə hakimiyyəti və cəmiyyəti Dağlıq Qarabağı artıq özününkü sayır. Yəni Dağlıq Qarabağ və ətraf rayonların işğalı Azərbaycan üçün nədirsə, Türkiyə üçün də odur və qardaş dövlət özünə də aid olduğunu hesab etdiyi torpaqların növbəti illər üçün işğal altında qalmasına dözüm nümayiş etdirmək istəmir. Bu, yaxşı mənada Azərbaycana da bir təzyiq mənası daşıyır ki, torpaqları işğaldan azad etmə prosesini sürətləndirmək lazımdır və bu zaman Türkiyə heç nədən və heç kimdən çəkinmədən Azərbaycanın yanında olacaq".

"Azərbaycanla Türkiyə arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında 2010-cu ildə imzalanan anlaşma hər iki dövlətə imkan verir ki, hərbi əməkdaşlığı üst səviyyəyə qaldırsın. Həmin sazişə əsasən, tərəflərdən biri üçüncü dövlət və ya bir qrup dövlət tərəfindən silahlı basqın və ya hərbi təcavüzə məruz qaldıqda tərəflər kollektiv özünümüdafiə hüququndan istifadə edə bilərlər. Sazişin digər maddəsinə görə Azərbaycan və Türkiyə silahlı qüvvələrinin güc və idarəetmə strukturlarının əlaqələndirilməsi üçün lazımi planlaşdırma həyata keçirə bilərlər. Ancaq mənə elə gəlir ki, bu sazişi gücləndirməyə ehtiyac var. Yaxşı olardı ki, hərbi təlimlərin davam etdiyi müddətdə qardaş ölkənin hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə dair danışıqlara başlanılsın. İlk növbədə Naxçıvanda hərbi baza yaradılmalıdır. Bu, bizə təminat verər ki, Dağlıq Qarabağ və ətraf rayonların geri qaytarılması uğrunda hərbi əməliyyatlara başlasaq, düşmən Naxçıvan istiqamətində bizə təhlükə yarada bilməyəcək. Azərbaycanla Türkiyənin öz aralarında imzalayacağı yeni sazişə görə Qars müqaviləsinin əhatə dairəsi bütün Azərbaycana inikas etdirməlidir. Bununla, işğalçı ölkə daima qorxu və panika içində olacaq. Necə ki, birgə təlimlər zamanı Türkiyənin hərbi təyyarələrinin Ermənistan sərhədinə yaxınlaşması İrəvanda güclü panika yaratmışdı. Azərbaycana da bu lazımdır", - deyə politoloq bildirib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2743   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycanda bu şəxslərin maaşı artırıldı - RƏSMİ

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ report-a istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikd

19.04.2024 769
.

Rusiya: "Qərb Zelenskini aradan götürmək qərarına gəlib"

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Qərbin Ukrayna prezidenti Vladimir Zelenskini yox etməyə qərar verdiyini iddia edib. xəbər verir ki, Medvedev sosial media hesabından verdiyi açıqlamada Polşada Zelenskiyə qarşı sui-qəsd cəhdində istifadə oluna biləcək məlumatları sızdırmağ

19.04.2024 174
.

"Google" İsrailə görə 28 əməkdaşını işdən çıxardı

"Google" İsrail hakimiyyəti ilə müqaviləsinə etiraz edən 28 əməkdaşını işdən çıxarıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb. Bildirilib ki, etiraz aksiyaları şirkətin Nyu-York və Kaliforniyanın Sanniveyl şəhərindəki ofislərində keçirilib

18.04.2024 353
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 295
.

Rusiyada təyyarə qəzaya düşdü - VİDEO

"Tu-22M3" strateji təyyarəsi cümə günü səhər Rusiyanın Stavropol vilayətinin cənubunda qəzaya uğrayıb. BİG.AZ xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi Rusiya müdafiə nazirliyinə istinadən məlumat yayıb. "Stavropol vilayətində döyüş tapşırığını başa vurduqda

19.04.2024 179
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 350
.

"Azərbaycan tərəfi sülhməramlıların missiyasına aid olmasa da,onların bu fəaliyyətinə anlaşıqlı şəkildə yanaşmışdır" - Politoloq

Rusiya sülhməramlı kontingenti Qarabağı tərk edib. Rusiyanın "Krasnaya Zvezda" qəzeti bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti bir vaxtlar münaqişə bölgəsinə sülh və sabitlik gətirib, aparılan əməliyyat məqsədlərinə çatıb və məntiqi nəticəyə gəlib. Mövzu ilə bağlı -a danışa

19.04.2024 340
.

Türkiyədə 5,7 bal gücündə zəlzələdən sonra ÜRƏKAĞRIDAN GÖRÜNTÜLƏR

Türkiyənin Tokat vilayətində baş verən zəlzələlərin vurduğu ziyanlar görüntülənib. "Haber Global"a istinadən xəbər verir ki, zəlzələnin episentri olan Sulusaray rayonu dron ilə havadan çəkilib. Görüntülərdə zəlzələnin vurduğu ziyanın miqyası əks olunub. Həmçinin zəlzələnin baş verdiyi bölgələrd

19.04.2024 897
.

Pensiyaya yalnız bu qadınlar daha tez çıxacaq

Yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşağı övladlığa götürüb səkkiz yaşınadək tərbiyə edən həmin kateqoriyadan olan qadınların, eləcə də əlilliyi müəyyən edilmiş uşağı olan şəxslərin erkən pensiya hüququ yaranacaq. report-a istinadən xəbər verir ki, bu barədə məsəl

19.04.2024 542