Həkimlərə yenidən müddətli əlavə pul ödənildi

Həkimlərə yenidən müddətli əlavə pul ödənildiAzərbaycan Prezidentinin sərəncamına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) tərəfindən yeni növ koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən 11667 nəfər tibb işçisinə, 3029 nəfər qeyri-tibb işçisinə iyun ayı üzrə iş vaxtına mütənasib olaraq müddətli əlavə ödənilib.

Agentlikdən BiG.AZ-a verilən məlumata görə, Bakı şəhəri üzrə 114, respublikanın digər şəhər və rayonları üzrə 104 dövlət tibb müəssisəsinin tibb və qeyri-tibb işçilərinə iyun ayı üzrə iş vaxtına/saatına mütənasib olaraq 18 milyon manat müddətli əlavə ödənilib.

Nazirlər Kabinetinin Qərarına uyğun olaraq, yeni növ koronavirus (COVID-19) infeksiyası ilə əlaqəli əmək şəraitinə görə dövlət tibb müəssisələrində çalışan işçilərin əməkhaqlarına iş vaxtına mütənasib olaraq müddətli əlavələr aşağıdakı qaydada ödənilib:

Tibbi profilaktik tədbirləri həyata keçirən 2151 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 3 misli məbləğində cəmi 1.6 milyon manat ödənilib.

Ay ərzində iş günlərinə/saatlarına mütənasib hesablama düsturu: müddətli əlavə = (Vahid Tarif Cədvəli üzrə tarif maaşı / aylıq iş günlərinin sayı və ya iş saatları) x işçinin çalışdığı günlərin sayı x müddətli əlavənin misli

Agentliyin Maliyyə departamentinin rəhbəri Rasim Həsənov aşağıdakı nümunə ilə hesablamanı izah edir: "Xəstəxanada çalışan feldşerin 9-cu dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 346 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 15 gün işə cəlb olunubsa, deməli 648 manat 75 qəpik müddətli əlavə almalıdır. 648.75 = ((346 / 24) x 15) x 3. Qeyd edim ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

Təcili tibbi yardım xidməti göstərən 4137 nəfər tibb işçisinə, həmçinin bioloji materialın müayinəsi ilə məşğul olan 383 nəfər laboratoriya işçisinə aylıq vəzifə (tarif) maaşının 4 misli məbləğində cəmi 6.7 milyon manat ödənilib.

R.Həsənov aşağıdakı nümunə ilə hesablama qaydasını izah edir: "Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan təcili tibbi yardım həkiminin 13-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 406 manatdır. Feldşer koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 100 saat işə cəlb olunubsa, deməli 1127 manat 78 qəpik müddətli əlavə almalıdır. 1127.78 = ((406 / 144) x 100) x 4. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

Pasiyentlərə stasionar tibbi xidmət göstərən 4996 nəfər tibb işçisinə aylıq vəzifə (tarif) maaşının 5 misli məbləğində cəmi 7.1 milyon manat ödənilib.

Maliyyə departamentinin rəhbərinin izahı: "Xəstəxanada çalışan həkimin 15-ci dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 440 manatdır. Həkim koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 916 manat 67 qəpik müddətli əlavə almalıdır. 916.67 = ((440 / 24) x 10) x 5. Qeyd edək ki, yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq".

Onu da qeyd edək ki, 3029 nəfər qeyri-tibb işçisinə 3-5 misli məbləğində 2.6 milyon manat müddətli əlavə verilmişdir. Nümunə: Təcili və təxirəsalınmaz tibbi yardımda çalışan xadimənin 3-cü dərəcə üzrə aylıq vəzifə (tarif) maaşı 271 manatdır. 5 günlük iş həftəsində çalışan xadimə koronavirus infeksiyası ilə mübarizə tədbirləri üzrə 10 gün işə cəlb olunubsa, deməli 338 manat 75 qəpik müddətli əlavə almalıdır. 338.75 = ((271 / 24) x 10) x 3. Yekun məbləğdən işçi tərəfindən ödənilməli olan əməkhaqqına dair bütün tutulmalar hesablanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 789   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Gəncədə yaşayış binası yanır - Video

Gəncə şəhərində yaşayış binasında yanğın baş verib. "Qafqazinfo" xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində, beşmərtəbəli yaşayış binasında olub. İlkin məlumata görə, alov binanın dam örtüyündə qeydə alınıb. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafiz

28.03.2024 185
.

Aİ Şurasının rəsmiləri Azərbaycana səfər edəcəklər

Avropa İttifaqı Şurasının Siyasi və Təhlükəsizlik Komitəsinin üzvləri aprelin 8-9-da Ermənistanda səfərdə olacaqlar. Bu ölkənin mətbuatında yayılan məlumatlara görə, səfərin məqsədi regionda baş verən proseslər və Ermənistan-Azərbaycan sülh prosesi haqqında məlumat əldə etməkdir. Nümayəndə heyəti həmçini

28.03.2024 125
.

Bakıda restoran yanır - FOTO/VİDEO

Bakının İstiqlaliyyət küçəsində restoranın çöl divarından keçən elektrik kabeli yanır. Bu barədə -ın sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. Bildirilib ki, Bakı şəhərinin Səbail rayonu, İstiqlaliyyət küçəsində yerləşən restoranın çöl divarından keçən elektrik kabel

28.03.2024 280
.

Albaniyanın Azərbaycandan qaz idxal etmək istəyi haqqında

"Bu istək təzə deyil. Hələ 16 il əvvəl Albaniya bu istəyini 2008-ci ildə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş zirvə görüşündə bildirmişdir. Bunun üçün əla fürsət var. Çünki, Yunanıstanın Türkiyə ilə sərhədində yerləşən Kipoi kəndindən başlayan TAP-ın ümumi uzunluğu 878 km-dir ki, bunun da 21

28.03.2024 149
.

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - AÇIQLAMA

Azərbaycan Televiziyası (AzTV) martın 28-də Qarabağdakı keçmiş separatçı qurumun başçısı, hazırda Bakıda həbsxanada olan Arayik Arutyunyanla müsahibə yayımlamalı idi. Lakin AzTV bir müddət əvvəl vəd etdiyi müsahibəni ötən axşam efirə vermədi. Sosial şəbəkələrdə bəzi şəxslər telekanalı tamaşaçıları aldatmaqd

12:54 0
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

28.03.2024 344
.

Ebru Şallının əri ilə bağlı qərar verildi

Türkiyəli model Ebru Şallının həyat yoldaşı Uğur Akkuşun məhkəməsi başa çatıb. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Akkuşun dələduzluğa görə 4 il 2 ay həbsi tələb olunub. Uğurun həbsi 83 min 320 lirə pul cəzası ilə əvəz olunub

28.03.2024 204
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0