"Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar Ermənistanın işğalçı olduğunu təsdiqləmiş olur"

"Azərbaycanın ərazi bütövlüyünü tanıyanlar Ermənistanın işğalçı olduğunu təsdiqləmiş olur""Əvvəla, Azərbaycanın işğal olunmuş ərazisində hüquqi baxımdan, faktiki heç bir respublika fəaliyyət göstərmir. Yəni o qondarma rejimi - mən onu "qeyri-hökumət təşkilatı" adlandırıram - nəinki dünya birliyi, heç Ermənistanın özü tanımır. Ona görə də onların işğal olunmuş Azərbaycan torpaqlarına özlərinin status verməsi heç bir hüquqi gücə malik deyil".

Bunu "MediaPost"a açıqlamasında hərbi jurnalist, informasiya təhlükəsizliyi mütəxəssisi İbrahim Rüstəmli deyib.

O bildirib ki, başda Türkiyə, Rusiya, Avropanın bir çox dövlətləri olmaqla, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Onlar bu gün ermənilərin bəhs etdiyi əraziləri işğal edilmiş Azərbaycan torpaqları kimi qəbul edirlər:

"İşğal edilmiş torpaqlarda xalqların öz müqəddəratını həll etməsi məsələsi ilə bağlı Ermənistanın irəli sürdüyü iddiaların heç bir hüquq əsası yoxdur. Azərbaycan vətəndaşları öz tarixi torpaqlarından, xüsusilə Qarabağdan (buna qədər də Göyçədən, Zəngəzurdan deportasiyalara məruz qalıblar) uzaq düşüblər, qovulublar. Onlara qarşı təkcə hərbi yox, eləcə də mənəvi, psixoloji təcavüz olunub. Nəticədə də dinc, əli silahsız adamlar öz ev-eşiklərindən qaçmağa məcbur olublar. Bizim insanlarımızın hüququ yalnız Qarabağda deyil, elə Zəngəzurda da pozulub, Göyçədə də. Qarabağda isə ümumiyyətlə, Azərbaycanın ərazi bütövlüyü pozulub və oranın dədə-baba sakinlərinə qarşı hərbi, siyasi, mənəvi, psixoloji, sosial təcavüz olunub. Xocalıda uşaqlı, qadınlı yüzlərlə insan öldürülməyibmi? Bu soyqırımı faktında Ermənistanın birbaşa iştirakı tarixi sənədlərlə sübuta yetirilib. Serj Sarqsyan da müsahibəsində xüsusi vurğulamışdı ki, azərbaycanlılar Xocalı hadisələrinə kimi elə düşünürdülər ki, ermənilər dinc əhaliyə qarşı silah qaldırmaz. Bu, həm siyasi sənədlərdə, həm hüquqi bəyanatlarda öz təsdiqini tapmış məsələdir".

İ. Rüstəmli bildirib ki, Dağlıq Qarabağ və yeddi rayon Azərbaycanın ayrılmaz parçasıdır. Tarixən burada yaşayan insanların böyük hissəsi azərbaycanlılar olub: "Əgər Ermənistan xalqların öz müqəddəratını sərbəst şəkildə müəyyən etmək aktını qəbul edirsə, birinci Göyçədə, Zəngəzurda yaşayan azərbaycanlıların müqəddəratı məsələsini müzakirə etməliyik. Erməni Azərbaycan ərazisini işğal edir, dünya birliyi işğal faktını tanıyır, ancaq Ermənistan qondarma rejim haqqında danışır. Tutaq ki, ABŞ Azərbaycan Respublikasının ərazi bütövlüyünü tanıyırsa, deməli o, həm də Ermənistanı işğalçı ölkə kimi tanıyır. Fransa Azərbaycanın ərazi bütövlüyünü tanıyıram deyirsə, bu, o demək deyil ki, məsələ sadəcə Azərbaycan torpağını tanımaqla bitir. Xeyr! Bu, həm də Ermənistanı işğalçı ölkə kimi tanımaq deməkdir. Bu gün bunu Rusiya da deyir, istisnasız olaraq Avropa ölkələri də. Əvvəlcə, Ermənistan işğal olunmuş tarixi Azərbaycan torpaqları ilə bağlı məsələyə münasibət bildirsin, sonra xalqların öz müqəddəratı haqqında danışsın. Azərbaycan torpaqları işğal olunubsa, həmin ərazilərdə Azərbaycan hüquqlarından söhbət gedə bilər. Qarabağdakı "qeyri-hökumət təşkilatını" özləri də daxil olmaqla, heç bir dövlət tanımır. Son hadisələr göstərdi ki, erməni xalqı da bilir ki, bu torpaqlar onlara məxsus deyil. Ona görə kiçik bir hadisə olan kimi İrəvana doğru qaçırlar. Yaşadıqları torpaqlarda dinc insanların qanının axıdıldığını bildiklərinə görə, burada yaşamağın mümkünsüzlüyünü anlayırlar. Mən Ermənistan hökumətinin və qondarma rejimin siyasi fiqurlarının bəyanatlarını növbəti informasiya təxribatı adlandırıram. Onların bu istiqamətdə iddialı bəyanatları əsassızdır. Etdikləri hərbi təcavüzə cavab verməlidirlər. Onların qaldırdığı məsələnin müzakirəsinə qədər danışmalı olduqları yüzlərlə məsələ var. Müzakirə obyekti olacaq təklif yalnız Azərbaycan tərəfdən irəli sürülməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 502   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Nigeriyada silahlı hücum nəticəsində 15 nəfər ölüb

Nigeriyanın Katsina əyalətində silahlı hücum nəticəsində 15 nəfər ölüb. xəbər verir ki, silahlı şəxslər Katsina əyalətinin Kankaridə hücum həyata keçirib. Hücumda 15 nəfər həyatını itirib, çoxu qadın olmaqla çoxlu adam qaçırılıb. Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələr, həmçini

23.04.2024 100
.

Həbs olunmuş separatçıların Qarabağdakı mülkərinin taleyi NECƏ OLACAQ? - AÇIQLAMA

Bildiyimiz kimi, vaxtilə Qarabağda fəaliyyət göstərmiş qanunsuz qondarma "qurum"un keçmiş rəhbərləri hazırda Bakıda həbsdədir və onlarım dindirilməsi prosesi gedir. Vaxtilə Qarabağda erməni sakinlərindən "oyuncaq" kimi istifadə edən bu separatçıların Qarabağda qanunsuz olaraq tikdirdiy

23.04.2024 293
.

Xankəndidə silah gizlədən vəzifəli şəxs tutuldu

Xankəndi şəhərində odlu döyüş silahı, süngü-bıçaq və sursatlar gizlədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunaraq tutulub. DİN-in Mətbuat Xidmətindən "Qafqazinfo"ya verilən məlumata görə, şəhər polis şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlərlə 1960-cı il təvəllüdlü Cavid Əliye

23.04.2024 207
.

İrem Derici sevgilisi ilə Venesiyada- FOTOLAR

Türkiyəli müğənni İrem Derici sevgilisi Gökhan Fıratla birlikdə İtaliyanın Venesiya şəhərinə səyahət edib. xəbər verir ki, müğənni fotoları sosial şəbəkədə paylaşıb. Şəkillərə minlərlə rəy və bəyənmə gəlib

23.04.2024 234
.

Vətəndaşlarımız bu ölkəyə də vizasız gedəcək

Azərbaycanla Albaniya arasında viza tələbi aradan qaldırılır. Qaynarinfo xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslə

23.04.2024 352
.

"Azərbaycan və Rusiya rəhbərləri arasındakı şəxsi münasibətlər sistemi iki ölkə münasibətlərinin inkişaf etməsinə böyük təkan verib"

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur Magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü keçirilib. Mövzu ilə bağlı -a danışan politoloq Tura

23.04.2024 248
.

İdarəetməni itirən yük maşını 11 avtomobili vurdu

Türkiyənin İstanbul şəhərində idarəetməni itirən yük maşını qəza edib. xəbər verir ki, qəza zamanı yük maşını 11 avtomobili vurub. Qəzadan sonra isə 4 mərtəbəli binanın girişindəki iş yerinə girib. Hadisənin baş vermə videosunu təqdim edirik:

23.04.2024 192
.

"Taxta bazar"ında növbəti YANĞIN: Sığorta şirkətləri dəyən zərəri qarşılamaqda niyə maraqlı deyil? - AÇIQLAMA

Ötən günlərdə Nərimanov rayonunda "Taxta bazarı" adlanan ərazidə yanğın baş verib. Bundan əvvəldə sözügedən ərazidə dəhşətli yanğın hadisəsi baş vermişdi. Hər iki yanğın hadisəsinində əsas məsələ isə obyektlər və mal-materialın sığortalanması halı olmadı. Vətəndaşların isə əsas narazılığı budu

23.04.2024 227
.

Drift edən sürücünü 1,721 manat cərimə olundu - VİDEO

Türkiyənin Antalya şəhərində yol hərəkət qaydalarını kəskin sürətdə pozaraq drift edən şəxs cərimələnib. BİG.AZ xəbər verir ki, sürücü 33739 lirə (1721manat) cərimələnib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin videonu təqdim edirik:

23.04.2024 296