Ermənistanda yeni inqilabın zınqırovları

Ermənistanda yeni inqilabın zınqırovlarıPaşinyanın "Fövqəladə vəziyyət" haqqında sənədinin pərdəsi arxasındakı çirkin niyyətləri

Ermənistanın news.am saytı belə bir məlumat yayıb ki, işğalçı dövlətin Ədliyyə Nazirliyi ilə Səhiyyə Nazirliyi birgə yeni qanunverici akt hazırlayır. Saytın bildirdiyinə görə, yeni qanunverici aktlara əsasən, Ermənistan Nazirlər Kabinetinin səlahiyyətləri artırılır.

"MediaPost" xəbər verir ki, Nazirlər Kabineti fövqəladə vəziyyət elan etmədən, əhalinin konstitusion hüquq və əsas azadlıqlarını məhdudlaşdırmaq və sanitar-epidemioloji təhlükəsizlik üzrə tədbirləri həyata keçirmək ixtiyarında olacaq.

Yaradılacaq sənədin tibbi-epidemioloji xarakterdə olmasına baxmayaraq, onun hazırlanmasına digər güc strukturlarının cəlb olunması maraq doğurur. Digər maraqlı məqam isə sənədin mümkün qədər qısa vaxt ərzində işlənib hazırlanması tələbidir.

Bu kontekstdə iki maraqlı və bir-birini tamamlayan məqamlara diqqət çəkmək istərdik. Bildiyiniz kimi, COVİD-19 pandemiyası ilə əlaqədar, Ermənistanda dəfələrlə uzadılan fövqəladə vəziyyət avqust ayının 12-də bitir. Koronavirusa yoluxma və ölüm sayına görə dünyanın ilk beş ölkəsi sırasında yer alan Ermənistanda vəziyyət getdikcə pisləşir. Bu isə əhalinin narazılığına səbəb olur.

Buna baxmayaraq, Ədliyyə Nazirliyinin sözçüsü sözügedən sənədin qüvvəyə minməsinə dair məsələyə aydınlıq gətirmək istəyən jurnalistlərin sualına "Məndə kifayət qədər məlumat yoxdur" deyərək, sualı cavabsız qoyub. Fövqəladə vəziyyəti növbəti (dördüncü) dəfə uzadan Paşinyanın iddiasına görə, bu sənəd fövqəladə vəziyyət elan etmədən zəruri tədbirlərin həyata keçirilməsinə imkan verəcək. Yəni belə çıxır ki, qüvvəyə minəcək sənəd sayəsində gələcəkdə Ermənistanın baş nazirinə istədiyi tədbirləri həyata keçirməkdə əlavə "icazəyə" ehtiyac olmayacaq. Çünki məhz bunun üçün hüquqi əsas hazırlanan sənəd olacaq. Buna ehtiyacın məntiqi izahı isə ikinci amildədir.

İkinci amil – baş nazir Nikol Paşinyanın ölkə daxilində getdikcə azalan nüfuzunun hakimiyyətdə olduğu dövrdə minimum səviyyəyə düşməsidir. Belə bir minimumun işarəsi kimi, Paşinyanın təcili surətdə koronavirusa "yoluxması" və bir həftədən sonrakı "möcüzəli" sağalması idi. Hətta erməni ekspertlərin sözlərinə görə, bu hərəkət ölkədaxili siyasi qarşıdurmadan az da olsa, boyun qaçırmaq məqsədilə edilib.

Yadınızdadırsa, keçmişdə reytinqin qaldırılması üçün siyasətçilər onlara sui-qəsdlərin edildiyini elan edirdilər, indiki dövrdə isə reytinqin artırılması məhz "koronavirus şousu" altında həyata keçirilir. Görünür, reallıqdan həddən artıq uzaq olan Paşinyanın bicliyi bu dəfə ona ağır fəsadlarla və baha qiymətə başa gəlib. Bu səbəbdən də erməni politoloqların qənaətinə görə, yalanın üzə çıxmaması üçün "Paşinyan real olaraq ölməlidir".

Ermənistan əhalisi "məxməri inqilabın" yalanlarını artıq anlayıb. Bəs belə kütləvi yalanın əvəzi necə çıxmalıdır? – bu, hamı üçün sirdir. Üstəlik, Paşinyan tərəfindən Dağlıq Qarabağ məsələsinə dair dəfələrlə edilən qıcıqlandırıcı açıqlamalar hətta yerli əhalinin qəzəbinə səbəb olur, çünki hazırkı daxili və xarici siyasi, hərbi gərginlik müharibə ehtimalını artırır. Aydındır ki, iqtisadi cəhətdən tamamilə çökmüş Ermənistan nəinki irimiqyaslı müharibəni, hətta uzunmüddətli silahlı münaqişəni dəstəkləmək iqtidarında deyil. Nəticə etibarı ilə, daxili iğtişaşlar, çaxnaşmalar və yeni inqilablar qaçılmaz olur.

Ekspertlərin rəyinə görə, hazırda işlənib hazırlanan sənəd məhz belə halların qarşısını almaq üçün də lazımdır. Vaxtilə qanunsuz dövlət çevrilişi dalğasında hakimiyyətə gələn kepkalı inqilabçı özündən əvvəlki hakimiyyətin taleyindən qorxur. Paşinyanın yalanlarını dərk edən və iki il bundan əvvəl öz ümidini Paşinyana bağlayan erməni xalqı onun yalanlarını yaddan çıxarmaz.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 658   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888