Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyib

Los-Ancelesdəki Pakistan Şurası azərbaycanlılara qarşı törədilən vəhşilikləri pisləyibABŞ-ın Los-Anceles şəhərində fəaliyyət göstərən nüfuzlu Pakistan Şurası iyulun 21-də Baş Konsulluğun qarşısında keçirilən aksiya zamanı erməni daşnakları tərəfindən Azərbaycan icmasının üzvlərinə qarşı həyata keçirilmiş zorakılığı və vəhşiliyi kəskin şəkildə pisləyən bəyanat yayıb.

Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğundan "Report" - a verilən məlumata görə, bəyanatda hadisə haqda ətraflı məlumat verilərək, bunun narahatlıq doğurduğu, yaxın tarixdə Los-Ancelesdə ilk dəfə olaraq beynəlxalq münaqişə zəminində bu cür çirkin formada vəhşiliyin həyata keçirildiyi vurğulanır.

Bildirilir ki, ermənilər sakit şəkildə aksiya keçirmək əvəzinə günahsız insanlara qarşı nifrət zəminində zorakılıq və vulqarlıq nümayiş etdiriblər. Ermənilərin icma üzvlərimizə məhz azərbaycanlı olduqları üçün hücum etdikləri deyilir və məsələyə ədalətli yanaşmanın vacibliyi diqqətə çatdırılır.

Bəyanatda həmçinin Ermənistan-Azərbaycan münaqişəsi haqda danışılaraq, beynəlxalq ictimaiyyətin işğal olunmuş ərazilərimizin Azərbaycanın ərazisi kimi tanımasına baxmayaraq, buna məhəl qoymayan Ermənistanın bu qanunsuz işğalı davam etdirdiyi bildirilir. ABŞ-ın məsələ ilə bağlı mövqeyi qeyd olunaraq, onun Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıdığı diqqətə çatdırılır.

Bu bəyanatı yayan Pakistan Şurası həmçinin öz üzvlərinə müraciət edərək, öz konqresmenləri ilə əlaqə saxlamalarını və erməni daşnaklarının bu zorakılığı haqda onları məlumatlandırmalarını xahiş edib.

Qeyd edək ki, ABŞ-da hazırda 1 milyona yaxın, Kaliforniyada isə 250 mindən çox pakistanlı yaşayır və bu icmanın ABŞ-ın ictimai-siyasi həyatında rolu dayanmadan artır. Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu artıq uzun illərdir buradakı Pakistan icması ilə sıx münasibətlər saxlayır. 2019-cu ildə Pakistan icmasının ən böyük təşkilatı olan sözügedən Pakistan Şurası, dinlər, icmalar və mədəniyyətlər arasında dialoq, qarşılıqlı anlaşma və əməkdaşlığın təşviqi istiqamətindəki fəaliyyətinə, xüsusilə Los Ancelesdə ilk dəfə Azərbaycan, Pakistan və Türk icmaları arasında üçtərəfli əməkdaşlıq əlaqələrinin qurulması sahəsindəki səylərinə görə Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayevi öz ali mükafatı ilə təltif etmişdi.

Baş Konsulluq iyulun 21-də Los-Ancelesdə erməni daşnaklarının soydaşlarımıza qarşı törətdiyi vəhşiliklərin yerli ictimaiyyət tərəfindən pislənilməsi üçün öz səylərini davam etdirir. Pakistan icmasından öncə Los-Ancelesdə yerləşən bir sıra nüfuzlu yəhudi təşkilatları, Vyetnam icması, Türk və digər icmalar da bu zorakılıqları kəskin şəkildə pisləyiblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 521   Tarix: 05 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda ƏMƏLİYYAT: Sosial şəbəkələrdə bıçaq satanlar tutuldu - VİDEO

Kəsici-deşici alətləri sosial şəbəkələrdə və paytaxt ərazisində müxtəlif ticarət mərkəzlərində yerləşən mağazalarda satan 6 nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib. Qeyd edilib ki, müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsini

10:09 260
.

Fatimə dəyişib belə oldu - FOTOlar

Rəqqasə Fatimə Fətəliyeva görünüşündə dəyişiklik edib. axşam.az-a istinadən xəbər verir ki, sənətçi saç düzümünü dəyişərək, kəkil kəsdirib

24.04.2024 1236
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 499
.

İntihar edən həkimlə bağlı RƏSMİ AÇIQLAMA: "Kafedra ilə problemi olmayıb"

"Bizdə heç bir yeni rəhbər təyinatı olmayıb" . Bunu -ın sorğusuna cavab olaraq Azərbaycan Tibb Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova deyib. O qeyd edib ki, Nəsib həkimin çalışdığı "Birinci uşaq xəstəlikləri kafedrası" ilə heç bir problemi olmayıb

24.04.2024 994
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma soyqırımı ilə bağlı ucaldılmış "Tsitsernakaberd" "memorialında" etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb. Yayımlanan videoda Akopyanın kiçi

24.04.2024 724
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 250
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 272
.

İsrail ordusu Livanın cənubuna intensiv hava zərbələri endirib

İsrail ordusunun Livanın cənubundakı qəsəbələrə eyni vaxtda intensiv hava hücumu təşkil etdiyi bildirilib. xəbər verir ki, Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail ordusuna məxsus döyüş təyyarələri Livanın cənubunda ən azı 13 dəfə 4 nöqtəni vurub. İsrail döyüş təyyarələrinin hədə

24.04.2024 236
.

"18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ var" - Vəkil

Azərbaycanda silah sıravi vətəndaşlar üçün nə qədər əlçatandır? Azərbaycan Respublikasının 18 yaşına çatmış hər bir vətəndaşının mülki silah əldə etmək hüququ vardır. Mülki silahı əldə etmək istəyən vətəndaş yaşadığı ərazi polis orqanına və ya Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsin

12:24 269