Ermənistanın absurd siyasətinin məntiqli nəticələri

Ermənistanın absurd siyasətinin məntiqli nəticələri1 avqust tarixində bir sıra Ermənistan KİV-də bu ölkənin Müdafiə nazirinin - David Tonoyanın dövlət sərhədinin cənub-qərb istiqamətinə səfəri haqqında məlumat yayılıb. Məlumatda deyilir ki, "nazir ərazi ilə tanış olub, müvafiq göstərişlər verib və "yaxınlarda yeni təşkil olunmuş döyüş mövqeyi" ilə tanış olub".

Həqiqətən, boş yerə sensasiya yaratmaq əsl erməni Müdafiə Nazirliyinin işidir.

Belə ki, sözügedən "yeni təşkil olunmuş döyüş mövqeyi"nin təşkili özündə müəyyən mühəndis-texniki işlərinin görülməsindən başqa bir şey deyil. Misal üçün, Azərbaycan Ordusunda bu kimi döyüş mövqelərinin təşkili qoşunlar qarşısında qoyulmuş tapşırıqlardan biridir.

Döyüş mövqeyi dedikdə, müdafiədə və hücumda düşmənə atəşlə zərərvurmanın effektivliyini maksimal dərəcədə artırmaq məqsədilə, atəş vasitələrinin (pulemyot, tank, artilleriya qurğusu və s.) yerləşdirilməsi üçün hazırlanmış ərazi sahəsi başa düşülür. Başqa sözlə, işğalçı ölkənin Müdafiə nazirinin səfəri Naxçıvan istiqamətində yerləşən bölmələrin birində aparılmış işlərin keyfiyyətinə əmin olmaq üçün edilib?

Əlbəttə yox, çünki erməni mediasının dediyinə görə, səfərin əsas məqsədi məhz Naxçıvan ərazisində hazırda keçirilən Türkiyə-Azərbaycan birgə təlimlərinin gedişi ilə tanış olmaqdır. Maraqlısı odur ki, hər il keçirilən təlimlər Ermənistan ictimaiyyətində təşvişin yaranmasına məhz indi səbəb olub.

"Güc nümayişi", "Pantürkizmin yenidən baş qaldırılması", Ərdoğanın "Osmanlı İmperiyasının yenidən qurulması" kimi epitetlərilə müşahidə olunan təlimlərin yeganə və əsl həqiqi adı – erməni daşnaklarının törətdiyi cinayətlər, illər boyu terrorçuluq, etnik separatçılıq, milli ədavət və nifrət siyasətinin nəticələrinə görə yaxınlaşan ədalətli nəticədir.

Qorxuya düşən erməni hakimiyyəti daha kimləri cəlb etməyə çalışmır – gah Rusiyanı, gah Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını, gah da onlara həmişə dəstək verən Amerika (ABŞ) diasporunu. Lakin qeyri-ciddi siyasət aparan Nikol Paşinyan əl atdığı bütün vasitələrdən məhrum qaldı.

Siyasi dünyanın real qaydalarına illər boyu məhəl qoymayan Ermənistan hazırda şok həqiqətlə üz-üzə qalıb. Və qalmalıdır, çünki sivil cəmiyyətin sivil qaydaları istənilən ölkədən nəinki qonşu, hətta dünya ölkələri ilə qarşılıqlı hörmət, daxili işlərə qarışmama, etibarlılıq və sülh siyasətini yürütmək tələb edir.

Lakin sivil dövlətlər arasında öz yerini tapa bilməyən və bunu etiraf etmək istəməyən Ermənistan konstruktiv addımlar atmaq əvəzinə hansısa hərbi hissədə yeni döyüş mövqeyinin açılmasını seçir.

Yəqin Ermənistanın ümidi Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin vahid, etibarlı və inamlı gücünə qarşı açılmış bu mövqeyə bağlıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 826   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447