Ronaldu getmək istədiyi klubun adını açıqladı

Ronaldu getmək istədiyi klubun adını açıqladı

"Yuventus" klubunun hücumçusu Kristianu Ronaldu PSJ-yə keçmək barədə düşünürmüş.

BiG.AZ fanat.az-a istinadla xəbər verir ki, 2019-cu ilin oktyabr ayında Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Lokomotiv"lə oynanılan matçdan (2:1) sonra komandasının performansından narazı qalan Ronaldu özündən çıxıb. Qarşılaşmanın ardınca Andrea Anyelli, Pavel Nedved, Canluici Buffon və portuqaliyalı futbolçunun meneceri Jorje Mendeşin iştirakı ilə görüş keçirilib.

Məhz orada Ronaldu PSJ-yə keçmək istəyindən bəhs edib. O, Neymar və Kilian Mbappe ilə birlikdə oynamağın xəyalını qurduğunu bildirib. Portuqaliyalı oyunçunun braziliyalılarla münasibətləri yaxşıdır. Bununla yanaşı, o, Parisi sevir və orada yaşamaq istəyir.

2019-20 mövsümündə A Seriyasında 33 matçda meydana çıxan Ronaldu 31 qol, 6 məhsuldar ötürmə ilə yadda qalıb.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: İdman Oxunub: 1984 Tarix: 04.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol