Uber şirkəti Londonda çay taksi servisini işə alıb

Uber şirkəti Londonda çay taksi servisini işə alıb

ABŞ-ın taksi və çatdırılmış şirkəti olan Uber, Thames Clippers adlı çay tramvayı servisi ilə birlikdə Londonda çay taksi servisini işə salıb. Beləliklə Londonun 23 qayıq stansiyasında 20 ədəd qayıq istifadəyə verilib.

Bu barədə The Telegraph saytı xəbər verib. Sözügedən servis Uber tətbiqində aktivdir. Qayıqlar üçün nəzərdə tutulmuş biletlər öncədən bron olunmalı və ödənilməlidir.

Sərnişinlərin qayıqlara minməsi xüsusi QR kod vasitəsilə reallaşdırılır. Uber şirkətinin Şimali və Şərqi Avropa üzrə regional meneceri bildirib ki, şirkət ümumi elektromobil istifadəsi imkanını genişləndirməklə yanaşı böhrandan sonra şəhərin infrastrukturunu təkmilləşdirmək üçün çay şəbəkəsindən istifadə qərarını verib.

Thames Clippers şirkəti qeyd edib ki. daha öncədən artıq 4.3 milyondan çox insan işə və evə getmək üçün Temza çayından istifadə edib. Şirkət bildirib ki, Uber-in yeni servisinin işə salınması çay nəqliyyatının inkişafına təkan verəcək. Qeyd etmək lazımdır ki, bu, Uber şirkətinin ənənəvi nəqliyyat vasitəsindən kənara çıxmaq üzrə yeganə cəhdi deyil. Belə ki, 2017-ci ildə şirkət Uber Air servisini (uçan taksilər şəbəkəsi) anons etmişdi. (technote.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 532 Tarix: 04.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol