Masallıda evdən 5600 manatlıq məişət texnikası oğurlandı - FOTO

Masallıda evdən 5600 manatlıq məişət texnikası oğurlandı - FOTO

Masallıda məişət və elektrik avadanlıqları oğurlayan şəxslər saxlanılıb.

Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Masallı rayonunun Sığıncaq kənd sakini Ş.Sarxanlıya məxsus yaşayış evindən gecə saatlarında dəyəri 5 600 manat olan iki ədəd televizorun, bir ədəd mikrodalğalı soba və digər elektrik avadanlıqlarının oğurlanması ilə bağlı polisə müraciət edilib.

Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Masallı rayon Sığıncaq kənd sakini Elbrus Kazımov və Cəlilabad rayonunun Göytəpə şəhər sakini Həsənağa Abızadə olduqları müəyyən edilib. Oğurladıqları iki ədəd televizor onlardan aşkar edilərək, maddi sübut kimi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Masallıda evdən 5600 manatlıq məişət texnikası oğurlandı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 323 Tarix: 04.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol