Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər

Dərslərin başlaması ilə bağlı ŞAD XƏBƏR - İlk olaraq bu siniflər

Hazırda orta məktəblərdə tədrislə bağlı Təhsil Nazirliyi tərəfindən təkliflər hazırlanır və Nazirlər Kabineti yanında Operativ Qərargaha təqdim ediləcək.

Bakı Tikiş Evinin (BTE) satış şöbəsinin müdiri Etibar Əzimov deyib ki, həmin təkliflərdə məktəbli formaları ilə bağlı məsələ də öz əksini tapıb:

“Təhsil Nazirliyinin təklifi qəbul edilsə, sabahdan Bakı Tikiş Evinin mağazaları açılacaq. Belə fikirlər var ki, ilkin olaraq ibtidai siniflərdə tədris başlayacaq. Çünki uşaqlar məktəblə, müəllimlərilə tanış olmalıdırlar. Çox güman ki, yuxarı siniflərdə təhsil onlayn rejimdə olacaq”.

BTE rəsmisi təmsil etdiyi qurumun hər bir situasiyaya hazır olduğunu vurğulayıb:

“Mağazalarda keçən ildən tikilən paltarlarımız da, parça ehtiyatımız da var. SMS icazə ləğv edildiyindən sabahdan etibarən əməkdaşlarımız işə cəlb olunacaq. Təbii ki, bizim işimiz istehsaldır, qərar Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən açıqlanacaq. Biz də hamı kimi gözləyirik”.

E.Əzimovun sözlərinə görə, bir müddət əvvəl müzakirəsi aparılan yeni məktəbli formaları məsələsi hələlik gündəmdə deyil.(Modern.az)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 20596 Tarix: 04.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol