Ziyarətgaha gedənlər cərimələndi

Ziyarətgaha gedənlər cərimələndi

İsmayıllıda karantin qaydalarını pozaraq, bir yerə toplaşıb ziyarətgaha gedən şəxslər cərimələnib.

BiG.AZ DİN-ə istinadən xəbər verir ki, İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən karantin rejiminin qayda və tələblərinə riayət edilməsi məqsədilə keçirilən tədbirlər zamanı bir qrup şəxsin toplaşaraq rayon ərazisində yerləşən ziyarətgaha getməsi müəyyən edilib.

20 nəfər karantin qaydalarını pozduqları üçün Polis Şöbəsinə dəvət olunub. Orada olan 19 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi protokol tərtib edilərək, cərimə olunublar.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 939 Tarix: 04.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol