Azərbaycanda əməliyyat: 7 nəfər həbs edildi - FOTO

Azərbaycanda əməliyyat: 7 nəfər həbs edildi - FOTO

Biləsuvar rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Salyan rayonunun Şorsulu kənd sakini Z.Həsənlinin Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində işlətdiyi "Yaşıl Ada"adlı kafenin əxlaqsız yuva kimi fəaliyyət göstərdiyi aşkar olunub.

Bu barədə BiG.AZ-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib.

Məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin kafeni icarə əsasında işlədən Z.Həsənli və orada olan 6 nəfər müştəri saxlanılaraq rayon polis şöbəsinə gətirilib.

Faktla bağlı Biləsuvar rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Azərbaycanda əməliyyat: 7 nəfər həbs edildi - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1693 Tarix: 04.08.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol