Niyə test verib xaricə getmək mümkündür, rayonlara yox? - Rəsmi cavab

Niyə test verib xaricə getmək mümkündür, rayonlara yox? - Rəsmi cavabRayonlara getmək məsələsində başqa məqamlar var ki, biz onu da nəzərə almalıyıq.

BiG.AZ Milli.Az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

O bildirib ki, epidemioloji vəziyyət nəzərə alınaraq məsələyə yenidən baxılacaq.

"Burada əsas narahatlıq doğuran məqam ondan ibarətdir ki, ölkəmizin ən böyük şəhəri olan Bakıda yoluxma rəqəmləri regionlarla müqayisədə yüksəkdir. Gediş-gəlişin bərpası yoluxma sayının artmasına gətirib çıxara bilər".

Hikmət Hacıyev jurnalistin "xaricə test verib getmək mümkün olsa da, rayonlara gediş-gəliş niyə bu üsulla bərpa olunmur?" sualına cavab olaraq bildirib ki, məsələ aidiyyəti üzrə Operativ Qərargahın alt işçi qruplarında kompleks şəkildə müzakirə edilir:

"Testlə gediş-gəliş məsələsinə gəldikdə isə, burada başqa məqamlar var ki, biz onu da nəzərə almalıyıq. Regionlara səfərlər təşkil olunduğu halda burada böyük bir həcmdə, böyük bir sayda testdən söhbət gedir. Bu da mövcud laboratoriyaların imkanları xaricində ola bilər. İkinci bir məsələ xaricə gedən vətəndaşların testlərin pulunu özləri tərəfindən ödənilməsidir".

Qeyd edək ki, Azərbaycanda mart ayından etibarən rayonlara gediş-gəliş qadağan edilib. Yalnız xüsusi təyinatlı, o cümlədən təcili tibbi yardım, qəza-bərpa, xilasedici, habelə yük daşıyan avtomobillərin rayonlar və şəhərlərarası hərəkətinə icazə verilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1270   Tarix: 04 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Qondarma rejimin "bayrağ"ını silən polis kimdir? - FOTO/VİDEO

Xəbər verdiyimiz kimi, Gorus-Qafan yolunun Şurnux kəndi ərazisindən keçən zolağa nəzarət edən Azərbaycan polisi burada hərəkət edən avtomobilin üzərindəki qondarma "respublika"nın qondarma "bayrağı"nı elə yerindəcə süngü ilə qazıyıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, həmi

18.09.2021 4608
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281