TƏBİB: "Ümid edirik ki, xəstə sayı artmaz, Lakin biz hazırlıqlı olmaq istəyirik"

TƏBİB: "Ümid edirik ki, xəstə sayı artmaz, Lakin biz hazırlıqlı olmaq istəyirik"

“Hazırda xəstəxanalarda aktiv xəstələrin azalmasını hazırlıq dönəmi kimi qəbul edirik. Buna daha da intensiv olaraq hazırlaşırıq”.

Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin kontrolu və profilaktikası şöbəsinin müdiri Yaqut Qarayeva bildirib.

Onun sözlərinə görə, TƏBİB tərəfindən bu müddət istirahət kimi qəbul edilir:

“Ümid edirik ki, xəstə sayı artmaz. Lakin biz hazırlıqlı olmaq istəyirik. Modul tipli xəstəxanaların sayı artırıb və çarpayı fondu, o cümlədən, reanimasiya şöbələrinin sayı çoxaldılıb”.

“Laboratoriyaların və test imkanlarının çoxaldılması nəzərdə tutulur. Xaricdən həkimlərin gətirilməsi o deməkdir ki, tədbirlərimiz davam edir və mübarizəyə hazırıq”, - deyə, o qeyd edib.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1559 Tarix: 03.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol