Koronavirus peyvəndi üçün ölkələr NÖVBƏYƏ DÜZÜLDÜ - 1,3 milyard doza rezerv olundu

Koronavirus peyvəndi üçün ölkələr NÖVBƏYƏ DÜZÜLDÜ - 1,3 milyard doza rezerv olunduKoronavirus peyvəndi hələ də tam hazır olmasa da, ABŞ, Böyük Britaniya, Avropa Birliyi və Yaponiya 1,3 milyard doza vaksin rezerv edib.

BiG.AZ-ın verdiyi xəbər görə, "Bloomberg" bu barədə "Airfinity" şirkətinin apardığı araşdırmaya istinadən yazır.

ABŞ və Britaniyanın "Sanofi" və "GlaxoSmithKline Plc" ilə, Yaponiyanın isə "Pfizer" ilə müqavilə bağladığı bildirilir. AB ölkələri də bu məsələyə "aqressiv" köklənib və dərmanın lazımi dozasını hər kəsdən birinci almağı planlaşdırırlar.

Analitiklər vaksin dozalarının 7.8 milyard insana çatmayacağından və qalan, daha kasıb ölkələrin peyvəndi almaq üçün "son sırada" olacaqlarından qorxurlar.

Sürətli qlobal immunizasiyaya mane olan digər problem isə odur ki, virusa qarşı immuniteti inkişaf etdirmək üçün bir deyil, iki dozaya ehtiyac ola bilər.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 899   Tarix: 03 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş