Onlar da barışıb...

Onlar da barışıb...

Müğənni Ayaz Qasımovla Əməkdar artist Səbinə Babayeva barışıb.
Axşam.az xəbər verir ki, bu haqda Ayaz "7 canlı" proqramında deyib. Aparıcı Vüsalə Əlizadə sənətçi Səbinə ilə aralarında yaşanan qalmaqaldan sual ünvanlayıb.

Ayaz bildirib ki, artıq küsülülüyə son qoyublar:

"Qalmaqal deyildi, bir az abartıldı. Səbinə xanıma hörmətim var. Öz aramızda danışdıq və yoluna qoyduq".

Qeyd edək ki, sənətçilər arasındakı mübahisəyə "Ay can" mahnısı səbəb olub. Hər iki ifaçı eyni mahnını oxuyub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3077 Tarix: 03.08.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol