Türkiyədə hotel qiymətləri ucuzlaşacaq - RƏSMİ AÇIQLAMA

Türkiyədə hotel qiymətləri ucuzlaşacaq - RƏSMİ AÇIQLAMATürkiyədə istirahət mövsümü müddətində hotellərdə tətil qiymətləri artmayacaq və 2019-cu il səviyyəsində qalacaq.

Bu sözləri Türkiyə Hotelçilər Dərnəyinin rəhbəri Sururi Çorabatır RİA "Novosti"yə açıqlamasında deyib.

Çorabatır bildirib ki, Rusiya Federasiyasından uçuşların başlamasından sonra qiymətlərdə dəyişiklik olmayacaq. Hətta bəzi hotel sahibləri müştəri cəlb etmək məqsədilə qiymətlərdə güzəştə getməyi planlaşdırır.

Bundan əlavə, hotel işçilərinə qonaqlardan hər hansı birində COVID-19 aşkar edildiyi zaman necə davranmaları barədə təlimat verilib: "Xüsusi izolyasiya otaqları təchiz edilib, məlumatlar dərhal Səhiyyə Nazirliyinə göndəriləcək. Hər kəs hotelin sertifikatlaşdırma proqramına uyğun olaraq hazırlanmış sxemə uyğun olaraq fəaliyyət göstərir. Qalan turistlər də sakit istirahət etməyə davam edirlər".

Dərnək rəhbərinin sözlərinə görə, Türkiyə hökuməti pandemiyadan zərər görən iqtisadiyyat sektorlarını və turizm sənayesini dəstəkləyir: "Yalnız Türkiyə deyil, digər ölkələr də turizm sektoru üçün yeni bir yol açmağa başlayıblar. Ancaq düşünürük ki, ölkəmiz xarici turistlərin, o cümlədən rusların üstünlük verdiyi yerlərdəndir".

Bundan əlavə, o, qidalanma normalarının epidemiya əleyhinə tələblərə uyğun olaraq dəyişdiriləcəyini söyləyib. Belə ki, hotellərdə, "hər şey daxil" sistemində işləyənlər də daxil olmaqla, qaydalar eyni qalacaq, lakin açıq bufetlər təşkil olunmayacaq. Maska, dezinfeksiya, sosial məsafə qoruma işarələrindən istifadə olunacaq.

Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiya Federasiyası Böyük Britaniya, Türkiyə və Tanzaniya ilə hava nəqliyyatını bərpa edib. Artıq Ankara və İstanbula uçuşlar başlanıb. Avqustun 10-dan etibarən Antalya, Bodrum və Dalaman kurortlarına da uçuşlar açılacaq.

Türkiyə Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə hər gün təxminən minə yaxın koronavirus infeksiyası aşkarlanır. Pandemiyanın başlanğıcından bu yana 230 mindən çox insan xəstələnib, onlardan 5,7 min nəfər ölüb.(publika)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1515   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

28.03.2024 318
.

Eyni ailənin 6 üzvü öldüyü qəzanın görüntüləri ortaya çıxıb - VİDEO

Eyni ailənin 6 üzvünün öldüyü fəlakətli qəzanın görüntüləri ortaya çıxıb. BİG.AZ xəbər verir ki, hadisə Türkiyədə baş verib. Yol-nəqliyyat hadisəsinin təhlükəsizlik kamerası vasitəsi ilə qeydə alınıb

28.03.2024 575
.

"Ermənistanın KTMT təlimlərdə iştirak etməyəcəyi gözlənilən idi" - Politoloq

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) bu il "Rubej 2024" adlı birgə təlim də daxil olmaqla yeddi təlim keçirəcək.Bu barədə təşkilatın baş katibi İmanqali Tasmaqambetov "Milli Müdafiə" jurnalına müsahibəsində deyib.Hazırda KTMT-yə Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan

28.03.2024 252
.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

28.03.2024 447
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

ABŞ-də partlayış oldu

ABŞ-ın Kentukki ştatında yanacaqdoldurma məntəqəsində güclü partlayış olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölkə mediası məlumat yayıb. Partlayış zamanı ölən və yaralananlar barədə hələlik məlumat daxil olmayıb. Araşdırmalar davam edir

28.03.2024 208
.

"Divanımızın olması üçün dua etmişəm" - Aşıq Zülfiyyə

Aşıq Zülfiyyə İbadova maraqlı açıqlaması ilə diqqət çəkib. -ın xəbərinə görə, o yeni ailə quranda çox kasıb olduqlarını bildirib. "İndi yalan danışmağın heç bir mənası yoxdur. Hətta gecə-gündüz dua edirdim ki, divanımız olsun. Çünki evə divan ala bilmirdik", - o bildirib. Zülfiyyə deyib ki

28.03.2024 207