Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİL

Paşinyan Tovuz sınağından üzüqara çıxdı: 13 vəzifəli şəxsi qurban verdi - TƏHLİLErmənistanın sərhədin Tovuz istiqamətində təxribatlarına Azərbaycan Ordusu layiqli cavab verdikdən sonra rəsmi Yerevanın yeni işğalçılıq siyasəti döyüş cəbhəsində fiasko ilə nəticələndi.

Bundan sonra Ermənistanın beynəlxalq təşkilatların gözündə yüksəlmək istəkləri də məğlubiyyətə düçar oldu, dünya ölkələri birmənalı olaraq Azərbaycana dəstək nümayiş etdirdi.

Döyüş zonasında və diplomatik müstəvidə məğlub duruma düşən Ermənistana daha bir güclü zərbə informasiya cəbhəsindən gəldi – düşmənin guya Qaraqaya yüksəkliyini alması barədə bütün iddialar Azərbaycan mediasının gücü sayəsində sarsıdıcı formada təkzib olundu.

Bu hadisələrin ardınca isə azərbaycanlıların ABŞ-ın Los-Anceles şəhərində, Avropanın siyasi mərkəzi, Belçikanın paytaxtı Brüsseldə və digər bir neçə ölkədə dinc etiraz aksiyaları keçirməsi erməni diasporunu və Ermənistan hakimiyyətini daha da aqressivləşdirdi.

Məhz bu səbəbdəndir ki, etiraz aksiyalarında ermənilər azərbaycanlılara qarşı vandallıq aktı törədir və həyasızcasına bütün məsuliyyəti Azərbaycan tərəfinin üzərinə yıxmağa çalışırlar.

Ancaq Ermənistan hakimiyyətinin və diplomatiyasının hərəkətverici qüvvəsi olan erməni diasporunun da planları iflasla nəticələnir.

Erməni diasporu özünün sayəsində vəhşi obrazını dünyaya tanıdır, bu isə özünü sülhsevər biri kimi göstərən Ermənistan Baş naziri Nikol Paşinyanın riyakarlığını üzə çıxarır.

Düzdür, N.Paşinyanın sülhsevər yox, məhz işğalçı mahiyyəti ilk dəfə deyil ki, qarşımıza çıxır. Bundan əvvəl də o, dəfələrlə sülhdən danışsa da, verdiyi bəyanatların barışıq doktrinası ilə daban-dabana zidd olduğunu nümayiş etdirib.

Bu dəfə isə Paşinyan ifşa olunduğunu görüb hirsini Ermənistanın Diasporla İş üzrə Komissarlığından çıxıb.

N.Paşinyan erməni diasporunun uğursuzluğundan sonra imzaladığı əmrlərlə Diasporla İş üzrə Komissarlıqda təmizləmə əməliyyatlarına start verib, yüksək vəzifəli şəxslər də daxil olmaqla 13 nəfər vəzifəsi ilə vidalaşmalı olub.

Ermənistan Baş nazirinin qərarları ilə Avropadakı Erməni İcmaları İdarəsinin müdiri Karen Avanesyan, Qərbi Avropa İcmaları ilə əlaqələr şöbəsinin müdiri Natalya Danielyan, Cənubi Amerika və Avstraliyada icmalarla əlaqələr şöbəsinin müdiri Gohar Sahakyan, Diasporun Potensialının qeydiyyatı və alanitik informasiya idarəsinin müdiri Vaginak Vardanyan vəzifələrindən azad olunub.

Bundan əlavə, repatriasiya və tədqiqat şöbəsinin müdiri Qriqor Arşakyan, tədqiqatlar şöbəsinin müdiri Eliz Gevorgyan, bütün ermənilər, beynəlxalq və kilsə təşkilatları ilə əlaqələr şöbəsinin müdiri Knarik Petrosyan, ermənipərəst və beynəlxalq təşkilatlarla əlaqələr şöbəsinin müdiri Anahit Davtyan, Yaxın və Orta Şərqdəki erməni icmaları ilə iş şöbəsinin müdiri Levon Antonyan da vəzifələrini itirib.

Dost Diasporlarla əlaqələr şöbəsinin müdiri Taron Şagoyan, Erməni Apostol Kilsəsi və digər kilsə quruluşları ilə əlaqələr şöbəsinin müdiri vəzifəsini icra edən Sirvard Hambaryan, eləcə də Rusiya, Belarus, Ukrayna və Moldovadakı icmalarla iş şöbəsinin müdiri Edqar Ovsepyan da işdən azad olunanlar arasındadır.

Bu, erməni diasporunun fəaliyyətində ciddi problemlər yarandığının, Azərbaycan diasporunun təzyiqi qarşısında aciz qalmasının göstəricisidir.

Nə Ermənistan, nə də erməni diasporu Tovuz döyüşlərindən sonra Azərbaycan diaspor fəallarından bu dərəcədə mütəşəkkillik və savaş ovqatı gözləyirdi.

İki əsrlik diasporçuluq stajı olan xaricdəki erməni icmaları bu dəfə həddindən artıq sönük imic sərgilədilər, bir daha aqressivlik və vəhşiliklə yadda qaldılar. Əvvəllər heç vaxt bu cür hallar yaşanmamışdı. Bu dəfə ermənilər necə deyərlər, hazırlıqsız yaxalanmışdılar.

Bu isə həm Ermənistandakı erməniləri, həm də Paşinyanın özünü əsla qane edə bilməzdi. Paşinyan bugünlərdə içdən yaşadığı psixoloji məğlubluq durumunu üstələmək və həm də Ermənistan ictimaiyyətindəki narazılığı bir az səngitmək üçün Diaspor Komissarlığının şöbə müdirlərini "günah keçiləri" kimi qurban verdi.

Ermənistanın "Past" nəşrinin yazdığına görə, Paşinyanın Diaspor Komissarlığını hədəfə almasının səbəbi qurumun fəaliyyətinin qeyri-effektivliyi ilə bağlıdır.

"Diasporla İş üzrə Komissarlıq Ermənistanla Azərbaycan arasında olan son qarşıdurmalarda böyük erməni diasporlarının olduğu ölkələrdə kifayət qədər passivlik nümayiş etdirib", - deyə qəzet yazıb.

"Past" bildirib ki, qurumun rəhbəri Zare Sinanyanın özü isə sanki yerin altında gizlənib.

Baş nazir N.Paşinyanı Zare Sinanyanın bugünlərdə ortalarda görünməməsi də bərk qəzəbləndirib.

Qəzetin məlumatına görə, Paşinyan bununla əlaqədar Sinanyanla mübahisə edib, onun diaspor siyasətinin tam uğursuzluğa düçar olduğunu bildirib.

Hadisələrin gedişatı göstərir ki, Paşinyan Diaspor Komissarlığından köhnələri qovmaqla onların yerinə, daha hiyləgər olan və daha məhsuldar işləyən şəxsləri təyin edəcək.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2601   Tarix: 02 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub

Azərbaycanda 23 yeni narkotik vasitə qadağan edilmiş maddələrin siyahısına əlavə olunub. Bu barədə "Report"a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, martın 18-22-də Vyana şəhərində BMT-nin Narkotik Vasitələr üzrə Komissiyasının 67-ci sessiyası keçirilib. İclasda Azərbaycanı baş prokuroru

28.03.2024 227
.

Almaniyada avtobus aşması nəticəsində 4 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində avtobus aşması nəticəsində 4 nəfər ölüb, 20-dən çox insan yaralanıb. xəbər verir ki, Almaniyanın paytaxtı Berlindən yola düşən avtobus İsveçrənin Sürix şəhərinə gedirmiş. Ümumilikdə 55 nəfər, 53 sərnişin və 2 sürücü olub. Avtobus Leypsiqdə magistral yolu keçərkən naməlu

28.03.2024 122
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

"Gürcüstan Azərbaycan strateji tərəfdaş, mehriban qonşu və qardaş ölkədir"

"Bu gün Azərbaycan faydalı əməkdaşlığa əsaslanaraq qonşu dövlətlərlə münasibətlərini daha da inkişaf etdirməyə nail olub. Regionda sülh, sabitlik, iqtisadi əməkdaşlıq təşəbbüslərini fəal surətdə dəstəkləyib. Qonşu ölkələr hazırda regionda tam müstəqil siyasət yeridən Azərbaycanı strateji tərəfda

28.03.2024 155
.

Cənubi Afrikada sərnişin avtobusu aşdı: 45 ölü

Cənubi Afrikanın şimalında sərnişin avtobusu körpüdən düşərək aşıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 45 nəfər ölüb. Yerli medianın məlumatına görə, Botsvanadan Cənubi Afrikanın Moria bölgəsinə gedən sərnişin avtobusu səhər saatlarında Limpopo sərhəd bölgəsində körpüdən düşüb. Qəza zamanı 8 yaşl

10:35 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

İsrail ordusu 25 fələstinlini əsir götürüb

İsrail ordusu işğal altındakı İordan çayının qərb sahilində keçirdiyi reydlər zamanı biri uşaq olmaqla 25 fələstinlini əsir götürüb. xəbər verir ki, Fələstin Məhbuslar Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Məhbuslar və Azad Edilən Nümayəndə heyətinin birgə bəyanatına görə, İsrail qüvvələri İorda

28.03.2024 114
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0