Rusiyada koronavirus peyvəndi pulsuz olacaq

Rusiyada koronavirus peyvəndi pulsuz olacaq
Rusiyada koronavirus infeksiyası əleyhinə peyvənd üçün hər hansı ödəniş olmayacaq.

Bu barədə Rusiya Federasiyasının Səhiyyə naziri Mixail Muraşko bildirib.

"Biz planlaşdırırıq ki, koronavirus peyvəndlərinin xərclərinin tamamilə büdcədən ödənilməsini planlaşdırırq. Müvafiq olaraq, vaksinləmə sxemi hamıya məlumdur – o, planla olacaq", - Muraşko jurnalistlərə deyib.

Daha əvvəl Muraşko bildirib ki, Rusiyada koronavirus infeksiyası əleyhinə kütləvi peyvənd prosesinin oktyabrda başlanılması planlaşdırılır. Qamaleya mərkəzi tərəfindən hazırlanmış vaksinin kliniki sınaqları artıq başa çatıb, indi vaksinin qeydiyyatı üçün sənədlər paketi hazırlanır.(publika)

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 537 Tarix: 02.08.2020
Bu xəbərləri da oxuyun
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol