Azərbaycanda tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı - VİDEO

Azərbaycanda tanınmış şairin dənizdə batan oğlunun meyiti tapıldı - VİDEO
30.07.2020-ci il tarixində Sumqayıt şəhərində, dənizdə (nəzarətsiz ərazidə) batan 2005-ci il təvəllüdlü Vəliyev Pərviz Şaiq oğlunun meyiti saat 17:00-da Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə FHN-dən BiG.AZ-a məlumat verilib.

Qeyd edək ki, iyulun 30-da eyni ərazidə batan 2005-ci il təvəllüdlü Məmmədov Babalar Famil oğlunun meyiti bu gün saat 10:40-da tapılaraq aidiyyəti üzrə təhvil verilib.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3708 Tarix: 01.08.2020


Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol