Almaniyadakı səfirlik azərbaycanlılara çağırış etdi

Almaniyadakı səfirlik azərbaycanlılara çağırış etdiAzərbaycanın Almaniyadakı səfirliyi Ermənistanın Azərbaycan ərazilərinə hücumlarını və xaricdəki təxribatlarını qınayan bəyanat yayıb.

BiG.AZ bəyanatın mətnini təqdim edir:

"Bu ilin iyul ayının 12-də Ermənistan silahlı qüvvələri ağır artilleriya silahları ilə Azərbaycanın şimal-qərbində yerləşən Tovuz rayonundakı mövqelərinə hücum edib. Ermənistanın silahlı qüvvələrinin Azərbaycanın ərazisindəki hərbi mövqeləri ələ keçirmək cəhdlərinin qarşısı Azərbaycan Ordusu tərəfindən alınıb. Artilleriya atəşi ilə müşayiət olunan 5 günlük intensiv hərbi toqquşmalar nəticəsində Azərbaycanın 12 hərbçisi, o cümlədən bir neçə zabiti, eyni zamanda Tovuz rayonunun Ağdam kəndinin 76 yaşlı sakini, mülki şəxs Əziz Əzizov həyatını itirib.

Ermənistanın Azərbaycanın hərbi mövqelərini və yaşayış məntəqələrini atəşə tutması və Azərbaycan ərazilərindəki mövqeləri zəbt etməyə yönəlmiş hərbi əməliyyatları suveren dövlətə qarşı açıq hərbi təcavüz və beynəlxalq hüququn norma və prinsiplərinin ciddi şəkildə pozulmasıdır. Ermənistan həmçinin Azərbaycanın Tovuz rayonunun sərhədyanı kəndlərində mülki əhaliyə qarşı silahlı hücumları ilə müharibə cinayəti edib və 1949-cu il Cenevrə Konvensiyası ilə öz üzərinə götürdüyü öhdəlikləri pozub.

Ermənistanın qeyd olunan təcavüzü, onun bölgədəki vəziyyətin daha da gərginləşməsinə xidmət edən qeyri-konstruktiv fəaliyyətinin və ritorikasının davamı kimi nəzərdən keçirilməlidir. Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və digər yeddi ətraf rayonunun - dövlət ərazisinin beşdə bir hissəsinin - qanunsuz işğalına son qoymaq və bir milyondan çox qovulmuş azərbaycanlının evlərinə qayıtmasına şərait yaratmaq əvəzinə, Ermənistan qarşıdurmanı daha da gücləndirməyə və sərhəd bölgələrində yeni ərazilər tutmağa çalışır. Əlbəttə ki, bu həmçinin münaqişənin dinc həlli üçün məsul olan və Almaniyanın da üzvü olduğu ATƏT-in Minsk qrupu çərçivəsində aparılan sülh prosesinə ağır zərbədir.

Azərbaycan uzun illərdən bəri aparılan danışıqların nəticə verməməsinə, eləcə də Ermənistandan hüquqi, siyasi, hərbi-texniki və iqtisadi üstünlüyünə baxmayaraq, indiyə qədər Ermənistanın təcavüzünün ağır nəticələrini daşımalı olsa da, bu günə qədər sülh prosesinə sadiq qalıb. Sülh prosesində hər zaman substantiv danışıqları əngəlləyən və status-kvonun möhkəmlənməsinə çalışan Ermənistan isə beynəlxalq hüququn və BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinin tələblərindən yayınmaq məqsədilə bu cür təxribatlar və gərginliklər yaratmaqla sülh prosesini təhlükə altına almağa səy göstərir.

Görünür ki, bu ölkə təqribən 30 ildən bəri davam edən işğalçılıq siyasəti qarşılığında beynəlxalq birlik tərəfindən təzyiq görmədiyi üçün qonşu Azərbaycanın yeni ərazilərini işğal etmək həvəsinə düşməkdən də çəkinmir.

Ermənistanın beynəlxalq səviyyədə tanınmış sərhəddə törətdiyi zorakılıq aktları və bunun ardınca özünün səbəb olduğu eskalasiya ilə əlaqədar Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının xüsusi iclasını çağırmaq cəhdi sübut edir ki, o, hərbi müttəfiqlərini də Azərbaycanla münaqişəyə cəlb etməyə çalışır. Amma Ermənistan bu niyyətinə çata bilməyib.

Azərbaycan bundan sonra da BMT nizamnaməsinə uyğun olaraq özünümüdafiə hüququndan istifadə etməyə davam edəcək, öz ərazisi və əhalisini istənilən təcavüz aktından qorumaq üçün lazım olan bütün tədbirləri görəcəkdir.

Birmənalı olaraq Azərbaycan ərazilərinin beynəlxalq hüquq normalarına zidd şəkildə işğal altında saxlanmasının nəticəsi olan yeni gərginliklə bağlı artan təzyiqdən xilas olmaq və əvvəllər olduğu kimi danışıqlar prosesini əngəlləmək məqsədilə Ermənistan indi də Ermənistan-Azərbaycan münaqişəsini etnik zəminə keçirməyə çalışır. Buna nail olmaq üçün Ermənistan ermənilər və azərbaycanlılar arasında məqsədli təxribatlar törətmək və Azərbaycanın diplomatik nümayəndəliklərinin ünvanına böhtan atmaqla xarici ölkələrdə nifrət və zorakılıq aksiyalarını təşviq etməyə çalışır. ABŞ, Rusiya və Avropa ölkələrində dinc azərbaycanlı nümayişçilərə qarşı nifrətlə köklənmiş erməni mənşəli şəxslər tərəfindən vəhşicəsinə hücumlar edilib. Onlarla cinayətkar həbs olunub.Öz zorakılıq aksiyalarını pisləmək əvəzinə rəsmi erməni tərəfi və erməni diaspor təşkilatları bugünlərdə Almaniyadakı və digər müxtəlif ölkələrdəki Azərbaycan diaspor təşkilatlarının guya zorakılıq fəaliyyəti barədə əsassız iddialar irəli sürürlər. Bu iddialar yalandır və onları qətiyyətlə rədd edirik!

Cinayətkar əməllər müvafiq ədliyyə orqanları tərəfindən araşdırılmalıdır. Müəyyən hadisələrlə bağlı hüquqi mühakimə olmadan kimisə günahlandırmağın adı böhtandır.

Biz öz tərəfimizdən, Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın müraciətində qeyd etdiyi kimi, Almaniyada yaşayan bütün azərbaycanlıları rasional davranmağa, təxribata imkan verməməyə və ədalət naminə mübarizəni yalnız qanun çərçivəsində davam etdirməyə çağırırıq!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1330   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Şəmkirdə 7-ci sinif şagirdini bıçaqlayan şəxs tutuldu

Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü M.Qasımovu bıçaqlamaqda şübhəli bilinən Ü.Mehdiyev şübhəli şəxs qismində saxlanılıb. Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun ba

11:06 0
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

"Hesabatına ödənişi əlavə etməyi unudub" - Hikmət Hacıyev

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev NATO-nun sabiq baş katibi Anders Foq Rasmussenlə bağlı paylaşım edib. "Qafqazinfo" xəbər verir ki, Hacıyev bu barədə "X"də qeyd edib:. "NATO-nun keçmi

27.03.2024 339
.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bakının informasiyası var: 5 apreldə nə baş verəcək?

Aprelin 5-də Ermənistan Baş naziri Nikol Paşinyanın ABŞ Dövlət katibi Entoni Blinken və Avropa Komissiyasının sədri Ursula fon der Leyenlə Brüsseldə planlaşdırılan görüşü Cənubi Qafqazda siyasi tarazlığa ciddi şəkildə təsir edə bilər. xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı öz sosial şəbək

14:33 0
.

Direktoru işdən çıxarılan "məşhur" məktəb imiş - DETALLAR

Xəbər verdiyimiz kimi, Salyan rayon Pambıqkənd kənd Azad İbadov adına tam orta məktəbin direktoru Dilbər Qurbanova işdən çıxarılıb. Buna səbəb məktəbdə nöqsanların aşkarlanmasıdır. xəbər verir ki, bu məktəb yaxın zamanda baş verən müəyyən hadisələrlə gündəmə gəlmişdi. Belə ki, Azərbaycan Uşaqlar Birliyini

12:23 0
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

"Yaxın günlərdə daha 73 nəfərin adı ictimaiyyətə açıqlanacaq"

"Məlum olduğu kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən eyni zamanda Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti də koordinasiya olunur. Birinci Qarabağ müharibəsi nəticəsində itkin düşmüş şəxs kimi Dövlət Komissiyasında qeydiyyatda olan 389

10:46 0