Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyib

Yaponiya və Özbəkistandakı Dostluq Cəmiyyətləri ermənilərin təcavüzkar siyasətini pisləyibAzərbaycanın Tovuz istiqamətindəki dövlət sərhədində Ermənistanın törətdiyi hərbi təxribatları və Dağlıq Qarabağın indiyədək erməni işğalından azad olunmadığını kəskin şəkildə pisləyənlər arasında ölkəmizlə dostluq əlaqələri olan cəmiyyətlər də var.

Bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin və Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin yaydıqları bəyanatlarda uzun illərdir Ermənistanın Azərbaycana qarşı apardığı işğalçı və təcavüzkar siyasətə, ölkəmizin kobudcasına pozulmuş ərazi bütövlüyünün hələ də bərpa olunmamasına, dünyanın bir sıra ölkələrində son hərbi təxribatlara etiraz edən azərbaycanlıların, Ermənistanın işğalçı mahiyyətini ifşa etdiklərinə görə Los-Anceles və Brüssel şəhərlərində ermənilərin azğın və quldur dəstələrinin hücumlarına və zorakı əməllərinə məruz qaldıqlarına diqqət cəlb edilib.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin icraçı direktoru, Dünya Azərbaycanlılarını Əlaqələndirmə Şurasının üzvü Xəlil Kələntər bildirib ki, bəyanatda Los-Ancelesdəki cinayət zamanı üç min erməninin 50 azərbaycanlıya hücum edərkən ASALA ("Ermənistanın azadlığı uğrunda erməni məxfi ordusu") sözü yazılmış köynəklərdə olduğu vurğulanıb.

Yaponiya ictimaiyyətinin nəzərinə çatdırılıb ki, ASALA ermənilərin terrorçu təşkilatı kimi dünyada tanınıb.

Sənəddə Ermənistan dövlətindən Azərbaycana qarşı işğalçı siyasətini dayandırması, qonşu dövlətlərin ərazilərinin işğalı yolu ilə "böyük Ermənistan dövləti"nin yaradılmasına xidmət edən xülyasından əl çəkməsi tələb edilib.

Azərbaycan icmasının üzvləri yapon parlamentarilərini sayıqlıq nümayiş etdirməyə, erməni terrorunun qarşısını almağa, Yaponiyada və dünyanın istənilən nöqtəsində təcavüz aktlarını pisləyən bəyanatlarla çıxış etməyə çağırıblar.

Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin icraçı direktoru, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin professoru Erkin Nuriddinov isə bildirib ki, mütərəqqi qüvvələr yaranmış vəziyyətlə bağlı susmamalı, Azərbaycana qarşı illərdir davam edən bu işğalçı siyasətə qarşı səslərini ucaltmalı, baş verənləri yaşadıqları ölkələrin hökumətlərinin, parlamentlərinin və ictimaiyyətlərinin diqqətinə çatdırmalıdırlar.

Professor qeyd edib ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları işğal edilib.

"Bu, bir ölkənin digər qonşu ölkəyə açıq ərazi iddiası və təcavüzüdür. Azərbaycanın 20 min günahsız dinc sakini erməni zorakılığının qurbanı olub. Bu təcavüz nəticəsində 50 min nəfər isə əlil olub və 4866 nəfər itkin düşüb. Ermənistan tərəfindən bu cür təcavüzə, qanlı hadisələrə heç bir şəkildə əsas tapıla bilməz.

Üstəlik, beynəlxalq hüququn prinsiplərinə görə, mülki və dinc əhaliyə qarşı həyata keçirilmiş soyqırım və cinayətlərə görə beynəlxalq məhkəmə qarşısında cavab verilməlidir. Mən Özbəkistanın elm və ictimai xadimi kimi Azərbaycan xalqının bu ağrıları ilə çoxdan tanışam və erməni tərəfinin təcavüzkar hərəkətlərini kəskin şəkildə qınayıram", - deyə E.Nuriddinov bildirib.

Alim hesab edir ki, münaqişənin yeganə həlli Azərbaycan torpaqlarının işğaldan azad olunması və ölkənin ərazi bütövlüyünün təmin olunmasıdır.

"Biz – dünya birliyi əgər bu ədaləti bərpa etməsək, gələcəkdə bu cür təcavüzlər, soyqırımlar, işğallar, dinc insanların öldürülməsi davam edəcək və daha da kəskinləşəcək. Bir daha bəyan edirəm ki, ədalətin gec-tez zəfər çalacağına, bir milyona yaxın mülki, dinc azərbaycanlıların öz ata-baba yurdlarına qaytarılacağına, sülhün regionda bərqərar olacağına inanıram.

Çünki həqiqət daim zəfər çalır. Bu ağır günlərdə Azərbaycan xalqına baş vermiş hadisələrə görə başsağlığı verir, səmimi dəstəyimi və duyğularımı çatdırıram", - deyə professor əlavə edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 797   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Zaxarova Ermənistan barədə: "Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir" - VİDEO

"Qərb qoyun dərisi geyinmiş canavar kimi ölkəyə nüfuz edir". Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova -nun Ermənistanla bağlı sualını cavablandırarkən deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yayımlanır. Zaxarovanın sözlərin

27.03.2024 224
.

Sumqayıtda uşaq xəstəxanasının həyətində körpə meyiti tapılıb

Sumqayıtda uşaq xəstəxanasının həyətində yeni doğulmuş körpənin meyiti tapılıb. APA-ya istinadən xəbər verir ki, meyit xəstəxananın həyətindəki ağaclıq ərazidə aşkarlanıb. Körpənin 6-7 həftəlik olduğu təxmin edilir. Meyit ərazidən götürülərək təhvil verilib

27.03.2024 535
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

"Şəbnəm ancaq toy bazarına işləyir"

"Şəbnəm yaxşı qızdır, üzərində çalışır. Amma toy bazarına çalışır onlar". Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Gülüstan Əliyeva "Tarixin bir günü" verilişində müğənni Şəbnəm Tovuzlunun ünvanına deyib. Sənətçi Şəbnəmin toy üçün çalışdığını söyləyib. G.Əliyeva aparıc

11:53 0
.

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib

Səhiyyə Nazirliyinin yüksək vəzifəli şəxsi vəfat edib. xəbər verir ki, Nazirliyin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun Fizioterapiya üzrə elmi şöbəsinin müdiri İlham Qasımov vəfat edib. Onun hansı səbəbdən vəfat ediyi məlum deyil

27.03.2024 330
.

Emin Ağalarovdan "Crocus City Hall"dakı təxliyə çıxışları ilə bağlı AÇIQLAMA

Xalq artisti Emin Ağalarov Rusiyanın Moskva vilayətində yerləşən "Crocus City Hall" konsert zalında baş verən hadisə ilə bağlı açıqlama verib. "Evakuasiya çıxışları "Crocus"da normal işləyirdi. Lakin insanlar qaçarkən işçilər üçün nəzərdə tutulan bağlı qapılara rast gəliblər"

13:12 0
.

Ağalarovun "Crocus City Hall" konsert zalı bankda girov imiş - Yeni DETALLAR

Rusiyanın Moskva vilayətində 22 martda terror aktı nəticəsində bir hissəsi yanmış "Crocus City Hall" konsert zalının bankda girov qoyulduğu məlum olub. Rusiya Daşınmaz Əmlakın Vahid Dövlət Reyestrindən çıxarışa əsasən əmlak "Qazprombank"da kredit müqabilində girov qoyulub. Belə ki

27.03.2024 467
.

Sabiq milli təhlükəsizlik naziri VƏFAT ETDİ

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat etdi. xəbər verir ki, 79 yaşlı Namiq Abbasov 1995-ci ilin mart ayından 2004-cü ilin iyul ayınadək Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində işləyib, general-polkovnik hərbi rütbəsinə qədər yüksəlib. Nazir postundan azad edildikdə

27.03.2024 386