Qonşu uşaqlar dalaşdı, valideynlər silahla bir-birinə hücum etdi: Ölən və yaralananlar var

Qonşu uşaqlar dalaşdı, valideynlər silahla bir-birinə hücum etdi: Ölən və yaralananlar varTürkiyənin Adıyaman vilayətinin Besni rayonunda uşaqların mübahisəsi qanla bitib.

"Demirören Haber Ajansı"nın (DHA) məlumatına görə, eyni məhəllədə yaşayan Baysor və Akar ailələrinin uşaqları oyun zamanı mübahisə ediblər.

Uşaqlar hadisəni ailələrinə danışdıqdan sonra valideynlər arasında silahlı münaqişə yaranıb.

Nəticədə, bir ailənin üç, o birinin bir üzvü yaralanaraq, xəstəxanaya yerləşdirilib. Yaralılardan birinin - Mustafa Akarın həyatını xilas etmək mümkün olmayıb.

Davada iştirak edən digər şəxslər polis tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma davam edir.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1462   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Turlar.az