"Azərbaycanda bu imkan İrəvandan dəfələrlə çoxdur" - ŞƏRH

"Azərbaycanda bu imkan İrəvandan dəfələrlə çoxdur" - ŞƏRH"Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyanın İsraildən Azərbaycana silah satışı həyata keçirməsini dayandırmasını tələb etməsi məntiqsizlikdir".

Bunu "MediaPost"a açıqlamasında siyasi şərhçi İlkin Həsənov deyib. Onun sözlərinə görə, İrəvanın İsrailə qarşı hansısa tələb irəli sürməsi də bir qədər gülünc görsənir:

"Belə ki, İsrail Azərbaycanla münasibətlərə xüsusi önəm verir. Bu əməkdaşlıq təkcə İran məsələsiylə bağlı deyil.

Digər tərəfdən İsrail dünyada silah bazarındakı payını hər keçən gün sürətlə artırır. İsrail hərbi texnologiyalarının əsas alıcıları sırasında daha dəqiq desək, ilk beşlikdə Azərbaycan dayanır. Bu baxımdan İsrailin Azərbaycanla özəlliklə Ermənistanın tələbi əsasında Bakı ilə əməkdaşlığa son qoyması inandırıcı görünmür.

Mnatsakanyanın tələbi ilk dəfə səsləndirilən fikir deyil. Tovuz təxribatı bitdikdən dərhal sonra oxşar fikirlərlə Ermənistan Xarici İşlər Nazirliyinin sözçüsü də çıxış edərək, hətta İsraili beynəlxalq təşkilatlara şikayət edəcəklərini və buna hüquqi qiymət verilməsini istəyəcəklərini bildirmişdi. Doğrudur, İrəvan bununla bağlı istənilən addımı ata bilər və inandırıcı olmasa da, bəlli miqdarda müəyyən dəstək də qazana bilər, lakin bu, Təl-Əviv üçün elə də qorxulu deyil".

Ekspert bildirib ki, Azərbaycanın İsrail istehsalı silah almasından narahat olan Ermənistan yaşayış məntəqələrinin vurulmasını bəhanə gətirir:

"Azərbaycanda bu imkan İrəvandan dəfələrlə çoxdur" - ŞƏRH"Ermənistanı indiki halda İsraillə bağlı narahat edən əsas məqamlardan biri onun Azərbaycana təqdim etdiyi sistemlərə qarşı müqavimət göstərəcək texnologiyaya yetəri qədər sahib olmamasıdır. Azərbaycan İsrail silahlarına məhz bununla əlaqədar yatırım edib. Məhz İsrail silahları sayəsində Bakı müasir silah sistemləri əldə etmiş olur ki, bu da onu regionun ən güclüsü mövqeyində yer almasına şərait yaradır.

O ki, qaldı İsrail silahlarının Ermənistan yaşayış məntəqələrinə qarşı istifadə edilməsi məsələsinə burada absurd məqamlar var. Mnatskanyan İsrail silahlarının mülki obyektlərə atəş açmasından danışmazdan əvvəl, Qazax və Tovuz istiqamətində Ermənistanın mülki obyektlərə atdığı qadağan olunmuş mərmilərlə bağlı izahat versin".

İ.Həsənov bildirib ki, ermənilər İordaniyadan silah alması məsələsini uğur kimi qələmə verməyə çalışır:

"Hətta hakimiyyətə yaxın bəzi saytlar İordaniyanı ABŞ-ın Yaxın Şərqdə yaratmaq istədiyi "ərəb NATO-sunun" əsas oyunçusu olduğunu və bu silahların Ermənistana verilməsinin mesaj olmasına dair məntiqsiz təhlillər təqdim edirlər. Doğrudur, İordaniya Yaxın Şərqdə önəmli ölkədir və o, ABŞ-dan çox, Britaniya ilə yaxındır. İordaniyanın önəmi ən azı Misir və Səudiyyə Ərəbistanı qədər deyil ki, belə məntiqsiz açıqlamalar verilsin.

İ.Həsənov Ermənistan tərəfinin İran rəsmiləri ilə görüşdən sonra belə bir tələb irəli sürməsinin təsadüfi olmadığını deyib. Ekspert Ermənistanın İsraillə İran arasında körpü rolunu oynamasının real görünmədiyini bildirib:

"Əslində, Ermənistan Müdafiə naziri David Tonoyanın İran səfiri ilə görüşdən öncə daha biri görüşü baş tutmuşdu. Bu Rusiya səfiri Sergey Kopırkinlə idi. Eyni gündə ABŞ səfiri Lin Treysi isə Ermənistan Baş Qərargah rəisi Onik Qasparyanla görüşmüşdü. Maraqlısı isə bu görüşlərin Türkiyə qoşunlarının Azərbaycana gəlişi ilə eyni vaxta təsadüf etməsi idi.

Əslində, İran üçün indiki durum elə də qaneedici deyil. Tovuz təxribatı zamanı döyüşün getdiyi bölgələrdən keçən qaz kəmərlərindən birində məhz İranın da payı var. Bu isə sərt ABŞ sanksiyalarına məruz qalan və böyük gəlirlərdən məhrum olan İrana üçün elə də arzuolunan bir şey deyil. Bununla belə İran üçün hazırkı durumda iqtisadi maraqlardan çox milli təhlükəsizlik maraqları daha çox üstünlük təşkil edir. Belə ki, son Tovuz təxribatı məhz İran böhranı fonunda baş verir. Daha dəqiq bu təxribat sayəsində Azərbaycana qarşı aparılan hibrid savaş yavaş-yavaş öz pik nöqtəsinə çatmağa başlayır. İran isə bu hibrid savaşın həm də onunla bağlı olduğunu bilir. Tehran həm də anlayır ki, özü üçün ən böyük təhlükə məhz şimaldan gəlir. Ona görə ki, İranın şimal-qərb bölgəsi ölkənin həm beyni, həm də vuran ürəyidir.

İran həm ABŞ sanksiyaları qarşısında çıxış yolunun Rusiya olduğunu anlayır, həm də Türkiyənin burada güclənməsi və ya Qərblə Bakının əlaqələrinin güclənməsinin özü ağır təhdid olduğunu başa düşür. Bununla İran maksimum şəkildə özünü Azərbaycanla bağlı situasiyada zəmanət altına çalışacaq. Çünki İran Rusiyaya da güvənmir və onun tez-gec yollarının ayrılacağını bilir. Tehran məhz bu məqamları nəzərə alaraq İrəvanla görüşə gedir.

Ermənistanın İranla İsrail arasında hansısa körpü rolunu oynaması qətiyyən mümkün deyil. Bunun üçün İrəvanın potensialı yetərli deyil. Hətta Azərbaycanda bu imkan İrəvandan dəfələrlə çoxdur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 792   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Bəyimizi vağzalı sədaları altında yola salırıq" - Pərvindən Maqsudun həbsinə reaksiya

Tanınmış aktrisa Pərvin Abıyeva bu gün Ukrayanda həbs olunub, Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı paylaşım edib. -a istinadən xəbər verir ki, tanınmış aktrisa Maqsudun həbsini "İlahi ədalət" adlandırıb: . "İlahi Ədalət və dövlətimizin ədaləti! Bu qədər insanın haqqına girməyi

18.09.2021 11870
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428