Bakıda bir gündə qəzalarda üç nəfər öldü

Bakıda bir gündə qəzalarda üç nəfər öldüÖtən gün Bakıda ölümlə nəticələnən üç yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Bu barədə Oxu.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Binəqədi rayonunun Biləcəri qəsəbəsində iyulun 31-də saat 23:30 radələrində "Mercedes" markalı avtomobili idarə edən 1985-ci il təvəllüdlü paytaxt sakini Q.Zamanovun 17 yaşlı Məhəmməd Quliyevi vurması nəticəsində piyada hadisə yerində ölüb.

Həmin gün saat 16:15 radələrində Sabunçu rayonunda, Bakı-Mərdəkan yolunda "Mercedes" avtomobilinin sürücüsü, 1979-cu il təvəllüdlü Sadıxov yolu keçmək istəyən 50-55 yaşlı qadını vurub. Ölən şəxsin kimliyi hələlik müəyyənləşdirilməyib.

Xəzər rayonunun Binə qəsəbəsində "VAZ-2106", "Mercedes" və "Opel" markalı avtomobillər toqquşub. Nəticədə, "Jiguli"nin sürücüsü, 1986-cı il təvəllüdlü Beyləqan rayon sakini Cavid Xanəliyev ölüb.

Faktlar paytaxtın rayon polis şöbələri tərəfindən araşdırılır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 710   Tarix: 01 avqust 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti