Fukusimada partlayış baş verdi

Fukusimada partlayış baş verdi

Yaponiyanın Fukusima prefekturasında partlayış baş verib.

BiG.AZ-ın "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə NHK telekanalı məlumat yayıb.

Hadisə nəticəsində azı 11 nəfər yaralanıb.

Dalğanın gücündən Koriyama şəhərində kiçik bina dağılaraq yaxınlıqdakı tikililərə də xəsarət yetirib.

İlkin məlumata əsasən, partlayışa səbəb restoranda baş verən qaz sızması olub.

Yaxınlıqda yerləşən bankın müştəri və işçilərinin də xəsarət aldığı qeyd olunur. Hadisə ilə əlaqədar ofisin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 668 Tarix: 30.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol