"Versus Battle" qrupunun repçisini arvadı TİKƏ-TİKƏ DOĞRADI

"Versus Battle" qrupunun repçisini arvadı TİKƏ-TİKƏ DOĞRADI

Rusiyanın Sankt-Peterburq şəhərində dəhşətli hadisə baş verib.

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, "Versus Battle" qrupunun repçisi, "Endi Kartrayt" ləqəbi ilə tanınan Aleksandr Yuşkonun arvadı saxlanılıb.

Belə ki, musiqiçinin həyat yoldaşı Marina ərinin bədənini tikə-tikə doğrayaraq paketlərə yerləşdirib.

Onun sözlərinə əsasən, repçi dörd gün öncə həddən artıq dozada narkotik qəbul etdiyi üçün ölüb. Qadın meyiti gizlətmək istəyib, lakin paketləri hara atacağını bilmədiyi üçün vəkilinə zəng edib. Vəkil isə cinayət haqqında polisə məlumat verib.

Hazırda qadın dindirilir, məhkəmə ekspertləri musiqiçinin ölümünün əsl səbəbini müəyyənləşdirirlər.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 1139 Tarix: 30.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol