Koronavirusdan ölən insanlardan virus keçə bilərmi?

Koronavirusdan ölən insanlardan virus keçə bilərmi?Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusdan ölən şəxslərin dəfnlərinin adi qaydada keçirilə bilməsinin mümkün olduğunu hələ bir müddət əvvəl açıqlayıb. ÜST mütəxəssisləri bəyan ediblər ki, bu virusdan dünyasını dəyişənlər öz dinlərinin tələblərinə uyğun olaraq dəfn edilə bilərlər.

Lakin son zamanlar bəzi insanlar tərəfindən COVİD-19 virusundan ölən şəxslərdən sağlam insanlara virusun ötürülə bilməsi ilə bağlı müəyyən narahatlıqlar da ifadə olunur.

BiG.AZ xəbər verir ki, bu məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Allahverdiyev Trend-ə deyib ki, COVİD-19 daxil olmaqla, bütün viruslar hüceyrə daxili molekulyar parazitlərdir. Onların yaşamaq, çoxalmaq üçün mütləq qaydada canlı hüceyrəyə ehtiyacları var:

"Bu hüceyrələr nə qədər yaşayırlarsa, viruslar da o qədər yaşaya bilir. Əgər hüceyrənin metabolizmi pozularsa, yaşama şəraiti dəyişərsə, o zaman virusların da ömrü hüceyrə ilə bərabər sona çatmış olur, yəni bu halda onlar çoxala bilmirlər. Bir insan öldükdə isə onun vücudundakı hüceyrələrdə də viruslar olur və onlar müəyyən zaman ərzində orada yaşayırlar. Amma ölən şəxsdə qan dövranı işləmədiyi, tənəffüs sistemi çalışmadığı üçün artıq hüceyrələrin yaşama şəraitləri, metobalizmləri yavaş-yavaş pozulur.

Bunlar nəticə etibarilə də virusların ölümünə yol açmış olur. Ona görə də bir insan öldükdən sonra onların virusu yayma ehtimalı, demək olar ki, yox olur. Virusdan ölənlərin dəfni də digər şəxslər üçün olduğu kimi aparıla bilir. Gələcəkdə torpaq vasitəsilə virusa yoluxma ehtimalı, demək olar ki, yoxdur. Ancaq ölən şəxsin yuyulması, kəfənlənməsi, dəfni zamanı şəxsin əli meyitdən ifraz olunan mayeyə toxunarsa, o zaman bu, həmin şəxsin virusa yoluxmasına səbəb ola bilər. Bu səbəbdən bu işləri görən şəxslərin əllərində mütləq qaydada əlcək, üzlərində maska olmalıdır. Ümumilikdə isə bunu demək olar ki, COVİD-19 virusu insanlara ölülərdən deyil, bu virusa yoluxan xəstə insanlar tərəfindən yayılır. Ona görə də diqqət etmək lazımdır ki, dəfn mərasimləri az sayda insanların iştirakı və ara məsafəsi saxlanılmaqla təşkil edilsin".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1520   Tarix: 29 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Delta"dan sonra yeni mutasiya daha sürətlə yayılır

Cənubi Afrika tədqiqatçıları yeni koronavirus variantının aşkarlandığını açıqlayıblar. Alimlər 2021-ci ilin may ayında C.1.2 adlı bir mutasiya aşkarladıqlarını açıqlasalar da, bu variantın ilk dəfə Uhanda aşkar edilən COVID-19-dan daha çox fərqləndiyini bildiriliblər. -a istinadən xəbər verir ki, Cənub

30.08.2021 1188
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Baş ağrılarının ƏSL SƏBƏBİ BU İMİŞ - Məşhur həkim AÇIQLADI

Keçmişdə yaşanan xəsarətlər kəskin baş ağrısının ən çox yayılmış səbəbləridir. Bu barədə Osteopat Vladimir Jivotov "Moskva danışır" radiostansiyasına müsahibəsində açıqlayıb. Onun sözlərinə görə, bütün məsələ diaqnozu çətin olan sümüklərin mikro yerdəyişməsidir: "Heç bir araşdırma bun

05.09.2021 2454
.

Koronavirus böyrək xəstəliklərini 35 faiz artırır

Koronavirus böyrək problemləri və çatışmazlığı riskini 35 faiz artırır. BİG.AZ "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Vaşinqton Universiteti Tibb Fakültəsində aparılan araşdırmanın nəticəsində qeyd olunub. Bildirilib ki, böyrək xəstəliyi riski koronavirus infeksiyasını

04.09.2021 833
.

Məşhur dieotoloqların arıqlama sirri

Dünyanın məşhur dietoloqlarının hansı yollarla arıqlaması hər zaman maraq kəsb edib. Axşam.az Rusiya mətbuatına istinadən məşhur dietoloqların arıqlama üsulunu təqdim edir:. Ekspert-dietoloq Yuliya Çexoninadan möhtəşəm pəhriz. Doğru səhər yeməyi - 5 kq. arıqladır. "Sağlam bəslənməyə çalışıram. Amm

21.08.2021 1439
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Qadınlarla bağlı ŞOK ARAŞDIRMA: Bu qorxulu proses ölüm riskini 14-21 faiz artırır

Orta yaşda təəccüblü şəkildə boy itkisi yaşayan qadınlarda ürək-damar xəstəliyinə bağlı erkən ölüm ehtimalının arta biləcəyi xəbərdarlığı edilib. "British Medical Journal"da dərc olunan elmi məqalədə qadınlarda orta yaşda boy itkisi ürək-damar narahatlığına bağlı erkən ölüm riskinin yüksəlməs

21.08.2021 1128
.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388