Arıqladır, ağrıkəsici təsir bağışlayır və daha nələr?.. Hər səhər edin

Arıqladır, ağrıkəsici təsir bağışlayır və daha nələr?.. Hər səhər edinÖpüşmək duyğularımızı ifadə etməyin ən gözəl yoludur. Sağlamlığımıza nə kimi təsirləri var, heç maraqlanmısınız?

BiG.AZ-ın Lent.az-a istinadən təqdim etdiyi yazıda öpüşməyin sağlamlığımıza verdiyi faydaları haqqında oxuyarkən heyran olacaqsınız!

Hər səhər həyat yoldaşını öpərək işə yola salan insanlar digərlərindən fərqli olaraq 5 il artıq yaşıyırlar.

Öpüşmək və öpmək insanda özgüvənliyi artırır. Əgər özünüzü ruhən rahat və hüzurlu hiss etmək istəyirsinizsə, sadəcə öpüşün.

Arıqladır, ağrıkəsici təsir bağışlayır və daha nələr?.. Hər səhər edinÖpüşmək arıqlamaq istəyənlərin yeni pəhrizi ola bilər. Araşdırmalara görə, gün ərzində ən azı 3 dəfə öpüşərkən 200-300 qram arıqlamaq mümkündür.

Öpüşmək stressi azaldır, özünüzü rahat hiss etməyinizə kömək edir. Həkimlərin dediyinə görə, öpüşmək stress hormonu olan kortisolun ifrazını azaldır.

Öpüşən zaman üzünüzdəki 30 əzələ hərəkət edir. Onu da qeyd edək ki, sallanan yanaqların dərmanı öpüşməkdir. Öpüşmək zamanı qanın axını sürətləndiyindən qocalıq əlamətləri gənc yaşlarınızda sizi narahat etməyəcək.

Əhval-ruhiyyəni yaxşılaşdırır. Alman alimləri müəyyən ediblər ki, öpüşmək əhval-ruhiyyəni qaldırır. Onların fikrincə, 20 saniyəlik səhər öpüşü insanı bütün gün ərzində romantik duyğuların əhatəsində saxlayır.

İmmuniteti qaldırır. Öpüş həvəskarları həkimlərə az müraciət edirlər. Öpüşmə zamanı orqanizmdə neyropeptidlər yaranır ki, bu da virus və xəstəlik bakteriyalarını neytrallaşdırır. Bu həm də immuniteti gücləndirir.

Psixoloqlar qeyd edirlər ki, öpüş həvəskarları optimist olurlar, öz güclərinə güvənirlər, sevgidə və karyerada müfəvvəqiyyətlər əldə edirlər.

Ağrıkəsicidir. Sevdiyin adamın öpüşü güclü ağrıkəsicilərə nisbətən 8 dəfə çox təsir göstərir.

Öpüş tərəf müqabilini susmağa məcbur etmək, yaxud cavabdan yayınmaq üçün ən yaxşı vasitədir. Öpüş vasitəsi ilə nəyisə izah etməkdən və mübahisələrdən qaça bilərsiniz.

Öpüş ömrü uzadır. Amerikalı tədqiqatçıların fikrincə, çox öpüşən insanlar öpüşü sevməyən insanlara nisbətən 5 dəfə çox yaşayırlar.

Öpüş ürək üçün vacibdir. Öpüş ürək-damar sistemi üçün yaxşı məşq vasitəsidir. Öpüş zamanı ürək döyüntüləri artır, bu da pozulmuş qan dövranı üçün yaxşı müalicədir.

Depressiya təsir göstərir. Amerikalı psixoloq Erik Bernə görə, sevdiyin adamın öpüşü depressiya və qorxu əleyhinə ən yaxşı vasitədir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 2959   Tarix: 28 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

Koronavirusun yeni ştammına "Mu" ADI VERİLDİ

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Yunanıstan əlifbasındakı hər sıralamasına uyğun olaraq Dominikan Respublikasında rast gəlinən koronavirusun yeni ştammını (B.1.621) "Mu" adlandırıb. APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. May ayından etibarən Domikanı

02.09.2021 994
.

ŞOK: Uşaqların müalicəsində istifadə olunan dərmanın tərkibində də "patı" var

Son zamanlar dillərdən düşməyən, xüsusilə gənclər arasında yayılan və "patı", "şüşə" adı ilə tanınan metamfetamin digər narkotik vasitələrdən nə ilə fərqlənir? Eyni zamanda "patı"dan asılılığın müalicəsi nə dərəcədə mümkündür?. xəbər verir ki, Bakı Şəhər Narkoloji Mərkəzi

07.09.2021 3113
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Stress, həyəcan və yuxusuzluğa qarşı 10 ÇARƏ

Əgər təşviş, stress sizi içdən yeyirsə, yuxunuz ərşə çəkilibsə, əsəbləriniz dincəlmirsə, o zaman stressə qarşı bitki yığnaqlarından istifadə etməklə, əsəb sakitləşdiciri çay hazırlayın. -a istinadən sakitləşdirici bitkililəri təqdim edir. Mütəxəssislər çay üçün bunlardan ikisini seçib qarışdırmağı tövsiy

01.09.2021 1893
.

Vitamin artıq qəbul olunarsa nələr baş verər? - XƏBƏRDARLIQ

Koronavirus pandemiyası dövründə immun sisitemini gücləndirmək üçün D vitamininə tələbat artıb. Bu gün çoxları immuniteti gücləndirmək üçün əlavə olaraq D vitamini qəbul edir. Çox zaman isə bu, qanda D vitamini səviyyəsini öyrənmədən, həkim tövsiyəsi olmadan baş verir. Mütəxəssislər isə bildirir ki

11.09.2021 998
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882