Virusa yoluxmanın xəbərdarlıq siqnalı: İybilmə niyə itir?

Virusa yoluxmanın xəbərdarlıq siqnalı: İybilmə niyə itir?Koronavirusun əsas simptomlarından biri də qoxu və dad hissinin itməsidir. Müvəqqəti qoxu itkisi əsaslı bir nevroloji simptom hesab olunur və COVID-19 xəstəliyinin ən erkən üzə çıxan və ən çox yayılan göstəricisidir. Bir sıra tədqiqatlar hesab edir ki, bu simptom xəstəliyin qızdırma və öskürək kimi digər əlamətlərindən daha dəqiq əlamət, siqnaldır. Lakin bu simptomun bioloji mexanizmləri son vaxtlara qədər naməlum qalıb.

BiG.AZ e-tibb.az-a istinadən xəbər verir ki, Harvard Tibb Məktəbinin neyrobioloqlarının rəhbərlik etdiyi beynəlxalq tədqiqatçılar qrupu, yuxarı burun boşluğunda, COVID-19-a səbəb olan SARS-CoV-2 virusuna çox həssas, qoxubilməyə məsul olan hüceyrələrin növünü müəyyən ediblər.

Məlum olub ki, qoxunu müəyyən edən və onu beyinə ötürən sensor neyronlar bu tip hüceyrələr arasında deyil. Alimlər təyin ediblər ki, iyibilmə neyronları (ORN) koronavirusun bədən hüceyrələrinə nüfuz edən zaman əlaqəyə girdiyi ACE2 zülalının kodlaşdırdığı geni ifadə etmir. Əksinə, ACE2 zülalı ORN-nu metabolik və struktur cəhətdən təmin etmək üçün bir çox hüceyrələyə, həmçinin qan damarı və müəyyən növ kök hüceyrələrinə ekspressiya edir. Alimlər bildirir ki, əldə edilən nəticələr, yeni koronavirusun qoxu hissində yaratdığı dəyişikliklərin neyronların birbaşa infeksiyası ilə deyil, dəstəkləyici hüceyrələrin işinə təsiri ilə əlaqəli olduğunu göstərir.

Bu isə o deməkdir ki, əksər hallarda SARS-CoV-2-yə yoluxma sinir şəbəkəslərinə qalıcı zərər vermir və buna görə də qoxunun tamamilə itməsinə səbəb olmur. Amma tədqiqatçılar hesab edir ki, bu nəticəni təsdiqləmək üçün daha çox məlumatları və mexamizmi araşdırmaq lazımdır.

Məlumatlara görə, bu müvəqqəti hal, COVID-19 xəstələrinin əksəriyyətində baş verir.

Qeyd edək ki, LOR-cərrah, uzman həkim Murad Şıxəliyev e-tibb.az-a bildirib ki, iybilmə və dadbilmənin itməsinə təkcə COVID zamanı rast gəlinmir. Zökəm, qrip, burun ətrafı ciblərdə xroniki iltibab, el arasında haymorit, frontit, sinusit deyilən xəstəliklərdə, habelə burunda allergiyaya bağlı poliplər olan zaman iybilmə və dadbilmənin itməsi mümkündür:

"Lakin COVID-lə bağlı fərq ondan ibarətdir ki, bu xəstəlik zamanı burunda o qədər də tıxanıqlıq olmur. Yəni əsasən iybilmə 95 faiz hallarda burunun lokal yerli problemlərinə bağlı olur. COVID zamanı isə burun boşluğu təmiz olur, burunda hər hansı dəyişiklik yaranmır. Bu halda iybilmə və dadbilmənin pozulması mərkəzi sinir sistemi, yəni daha yüksəkdə olan iybilmə mərkəzinə bağlı olur. Bunun da səbəbi COVID-i törədən SARS virusunun birbaşa mərkəzi sinir sistemi, beyinə təsir etməsi ilə bağlıdır. Ona görə də burun, ağız boşluğunda, dildə hər hansı dəyişiklik yaranmır, mərkəzi sinir sisteminə bağlı olan problemlər yaşanır. Hər kəs bu xəstəliyi fərqli keçirir, əksər hallarda bütün simptomlar tam keçib gedir. Əgər iybilmə və dadbilmənin itməsi COVID-ə bağlıdırsa, hazırkı araşdırmalar göstərir ki, bəzi hallarda iybilmə və dadbilmə davamlı olaraq itə də bilər. Bu, nə qədər davam edəcək? Xəstəlik nisbətən yeni olduğu üçün bunu demək çətindir. Bizim yalnız bir neçə aylıq nəticələrimiz var. Ümumiyyətlə, hesab olunur ki, əgər iybilmə pozulubsa, mərkəzi sinir sisteminə bağlıdırsa, bu, 9 ay, 1 il bərpa olunmadısa, sonra bərpa olunma şansı demək olar ki, yoxdur. Ona görə də ağırlaşmış COVID xəstələrində xəstəliyin qalıq əlamətləri qalarsa, ola bilər ki, iybilmə, dadbilmə bərpa olunmasın".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 1629   Tarix: 28 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Xərçəngə qarşı hər gün yeyilməli 8 QİDA

Onkoloqlar xərçəng riskini azaltmaq üçün hər gün yeyilməli olan super təsirli 8 qidanı açıqlayıblar. -a stinadən xəbər verir ki, bu qidalar şiş hüceyrələrinin aktivləşməsinin qarşısını alır. 1. Sarımsaq. Elmi tədqiqatlar göstərib ki, müntəzəm sarımsaq yemək mədə-bağırsaq xərçəngini 12% azaldır. Sarımsağ

11.08.2021 1542
.

İsti havalarda orqanizminizi bunlarla qoruyun

Havaların çox isti keçməsi bir çoxlarının səhhətində problemlər yaradır. Yüksək temperatur metabolizmdə dəyişikliyə səbəb olur. Xroniki xəstəliyi olanlar, uşaqlar və yaşlılar isti havada xüsusi qulluq tələb edir. İsti hava ürək, sinir xəstəliklərinin artmasına gətirib çıxarır. İsti havada bədən temperatur

15.08.2021 1261
.

Beyin və yaddaş üçün faydalı olan idman

Alimlər üzgüçülük ilə müntəzəm olaraq məşğul olmağın beynin idrak funksiyalarını yaxşılaşdırdığını, eyni zamanda beyində yeni sinir əlaqələrini yaratdığını bildirir. Mardi Hardin-Baylor Universitetinin nevrologiya kafedrasının professoru Cena Metyu qeyd edir ki, belə bir aerob (nisbətən aşağı intensivlikdə

15.08.2021 882
.

"Qarpızın yağlı yeməkdən sonra yeyilməsi düzgün deyil" - HƏKİM

Adətən hər yayda bu mövsüm üçün xarakterik olan hadisələr müşahidə edilir. Qarpızdan zəhərlənmələr, ilan, həşərat sancmaları və sair. Bu il də bədbəxt hadisələrsiz ötüşmədi. Öncə qeyd edək ki, rəsmi məlumatlarda bu vaxta kimi qarpızla bağlı zəhərlənmə hallarının olmadığı iddia edilir. Yayın ən çox sərinləşdiric

22.08.2021 1038
.

Koronaviruslu insanların peyvənd vurdurması hansı nəticələrə səbəb olur?

"Koronavirus infeksiyası müəyyən edilən şəxslər peyvənd vurdurmalı deyillər". -a istinadən xəbər verir ki, bu barədə biologiya elmlər doktoru, Corc Meyson Universitetinin Sistem Biologiyası Məktəbinin professoru Ança Baranova "Sputnik" radiosuna açıqlamasında deyib. Həmçinin, nəzər

27.08.2021 1409
.

Saç tökülməsi sizi qorxutmasın! Çarə TAPILDI!!!

Dəmir, zülal və sinkin orqanizdə çatmamazlığı saçların tökülməsiinə səbəb olur. Hamiləlik, tiroid, şəkər, qaraciyər və böyrək xəstəlikləri də saçı tökür. Həddindən artıq diaeta, xərçəng xəstəliklərinin müalicəsində istifadə edilən bəzi dərmanlar da saçları tökər, həmçinin rənglənmədə istifadə edilə

17.09.2021 1439
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798