"Nəcməddin Sadıkov vətəninə, torpağına bağlı insandır" - RƏYLƏR

"Nəcməddin Sadıkov vətəninə, torpağına bağlı insandır" - RƏYLƏR"Mən onu çoxdan tanıyıram. 30 ildən çoxdur onunla tanışlığım var. Nəcməddin Sadıkov vətəninə, torpağına bağlı insandır. Əsgərlərlə hər zaman bir yerdə olurdu, baxmayaraq ki, zabit idi".

Bu sözləri "MediaPost"a deputat Eldar Quliyev söyləyib.

Millət vəkili bildirib ki, bu cür insanları qiymətləndirmək lazımdır: "O, Qarabağ hadisələri zamanı hələ mayor idi. Hər zaman əsgərlərin yanında olub. Biz o vaxt o tərəflərə gedib-gəlirdik. Həmin illərdə pis şəraitdə öz işini haqqı ilə görürdü. Bu saat bir dəstə insan yaranıb, bu cür insanlar haqqında kampaniyalar aparır, insanları şərləyirlər. Nə məqsəd güdürlər, bilmək olmur. Onun haqqında deyilən hər şey tam yalandır. Bunların əksəriyyəti erməni təxribatıdır. Onlar bizim tanınmış zabitlərimizi gözdən salmaq üçün bu cür kampaniyalar aparırlar. Mən bir millət vəkili, onu tanıyan bir şəxs olaraq tam qətiyyətlə deyirəm ki, onun haqqında deyilənlər yalandır, təxribatdır. O hərbiçi kimi həm böyük təcrübəyə malikdir, həm də əsl rəhbərdir. O, bu gün də əsgərlərin içərisindədir".

Məsələ ilə bağlı açıqlama verən deputat Aydın Mirzəzadə "MediaPost"a bildirib ki, Nəcməddin Sadıkov Azərbaycanda hərbi sahə üçün önəmli bir şəxsdir:

"Sosial şəbəkələrdə kifayət qədər tanınan önəmli şəxslərlə bağlı qarayaxma kampaniyalar olur. Ona görə, mən bu cür ittihamlara cavab verməyə ehtiyac görmürəm. Nəcməddin Sadıkova Cənab Ali Baş Komandan qiymətini verib. Mənim üçün də önəmli olan budur. O öz qiymətini almış bir şəxsdir".

"Nəcməddin Sadıkov vətəninə, torpağına bağlı insandır" - RƏYLƏRHərbi ekspert Ramil Məmmədli isə "MediaPost"a açıqlamasında bildirib ki, ön xəttə düşmənlə mübarizə aparan şəxslər haqqında həqiqətə uyğun olmayan fikir səsləndirən şəxlər barəsində tədbir görülməlidir:

"Azərbaycan təkcə ön xəttə döyüşmür, həmçinin informasiya müharibəsi də bizim əsas savaş xəttimizdən biridir. Məhz buna görə də bizim qarşımızda duran əsas məsələlərdən biri informasiya müharibəsində diqqətli olmaq, Azərbaycan dövlətinin milli maraqlarımıza xələl gətirən hər hansı bir addımın atılmasının qarşısını almaqdır. Təəssüf ki, son vaxtlar Azərbaycan Müdafiə Nazirliyində, Silahlı Qüvvələrimizdə rəhbər vəzifə tutmuş şəxslər haqqında həqiqətə uyğun olmayan, şərəf və ləyaqəti tapdalayan fikirlər səssləndirilir. Bu, təkcə Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovla bağlı deyil, həm də Müdafiə naziri Zakir Həsənov, onun müavini Nizam Osmanov və digər şəxslərlə bağlıdır. Bu proses artıq bir neçə ildir davam edir. Fikrimcə, Azərbaycan Silahlı Qüvvələrinin rəhbərliyində təmsil olan şəxslərin şərəf və ləyaqətinin, onların hüquqularının qorunması üçün inzibati tədbirlər görülməli, onlar haqqında sosial şəbəkələrdə dezinformasiya yayan şəxslər ciddi şəkildə cəzalandırılmalıdırlar. Çünki ön xəttə savaşan hərbçi, döyüşə rəhbərlik edən general və onun ailəsi, şərəf və ləyaqəti haqqında belə təhqiramiz fikirlərin səsləndirilməsi doğru deyil".

Ekspert bildirib ki, Nəcməddin Sadıkov vəzifəyə dünən gəlməyib, o, döyüş yolu keçmiş və hərbçilər yetişdirmiş biridir:

"Nəcməddin Sadıkov Silahlı Qüvvələrdə uzun illərdir xidmət edir, uzun döyüş yolu keçib, Qarabağ müharibəsi veteranıdır. Azərbaycan Ordusunun müasirləşməsində, formalaşmasında rolu var. Ən əsası isə N.Sadıkovu Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə Ali Baş Komandan İlham Əliyev təyin edib. Hesab edirəm ki, ordumuzda bu cür peşəkar zabitlərin olması dövlətin və ordunun möhkəm olması deməkdir.

"Nəcməddin Sadıkov vətəninə, torpağına bağlı insandır" - RƏYLƏRAzərbaycan Silahlı Qüvvələrinin rəhbər vəzifələrində təmsil olunann şəxslər haqqında bu cür təxribat xarakterli dezinformasiyaların yayılması yalnız düşmən dəyirmanına su tökməkdir. Sosial şəbəkələrdə müəyyən kütləvi informasiya vasitələrində yer almış bu fikirlər Ermənistan ictimaiyyətində böyük canfəşanlıqla yayılır. Bu, əlbəttə, dövlət maraqlarımıza ziddir.

Digər tərəfdən prezidentimiz daim ictimai fikri nəzərə alan, müəyyən məsələləri xalqla məsləhətləşən bir şəxsdir. İ.Əliyev heç vaxt dövlətimizin maraqlarına zidd fəaliyyət göstərən hər hansı bir şəxsin və ya prosesin mövcud olmasına imkan verməz. Əgər Prezident N.Sadıkovun Baş Qərargah rəisi olmasını məqsədəuyğun hesab edirsə, deməli, belə də olmalıdır. Əfsus ki, sadə insanlar bu qarayaxma kampaniyalarına inanır və yanlışlığa yol verirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 9540   Tarix: 21 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu ölkə də Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini dövlət kimi rəsmən tanıdığını açıqlayıb. BİG.AZ xəbər verir ki, bu barədə Yamayka xarici işlər və xarici ticarət naziri Kamina Conson Smit bəyan edib. O bildirib ki, Yamayka uzun müddət davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi ik

24.04.2024 178
.

Sabah temperatur 31 dərəcəyə qalxacaq

Aprelin 25-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 14-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

24.04.2024 419
.

İsrail Qəzzaya yenidən hücum etdi

İsrail ordusunun gecədən bəri işğal olunmuş və blokadaya alınmış Qəzza zolağına hücumları davam edir. BİG.az xəbər verir ki, hadisə nəticəsində bir çox insan həlak olub, onlarla insan yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Məlumata görə, Nusayrat qaçqın düşərgəsindək

24.04.2024 137
.

Lənkəranda Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Lənkəran şəhərində 24 yaşlı Əhməd Salayev anasının xərçəng xəstəsi olmasını eşidib həyatına qəsd edib. xəbər verir ki, hadisə bu gün axşam saatlarında dəniz kənarında baş verib. Vətən müharibəsi iştirakçısı olan Ə.Salayev əvvələr polis nəfəri kimi Lənkəran RŞPŞ-də polis nəfəri kimi xidmət edib. O, intizaml

24.04.2024 341
.

Bakıda orta məktəbdə yanğın: Zəhərlənənlər var - YENİLƏNİB + VİDEO

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə saat 10:52-də Yasamal rayonu, 153 saylı məktəbin kitabxanasında yanğın baş verməsi səbəbilə çağırış daxil olub. Bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən məlumat verilib. Bildirilib ki, hadisə yerinə üç təcili tibbi yardım briqadas

24.04.2024 876
.

Sədaqət Vəliyeva: "Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyük bir uğur hesab olunur"

"Bu gün dünya ölkələrinin əksəriyyətində ixtişaşlar, müharibələr, terror aktları, bir sözlə qeyri-sabitlik tüğyan edir. Belə bir şəraitdə Azərbaycan bütün bu mənfi təsirlərdən tam kənardadır və ölkəmizdə yüksək səviyyəli sabitlik hökm sürür. Həqiqətən də müasir dövrümüzdə sabitlik ölkələr üçün böyü

24.04.2024 165
.

Bəs ABŞ-ın pulu qurtarmışdı, daha Ukraynaya yardım etməyəcəkdi?

"ABŞ Senatı Ukraynaya yardım paketini təsdiqlədi və bu paketdə 60 milyard 840 milyon dollar yardım göstərməyi nəzərdə tutur. Bu pulun effektini göstərmək üçün deyim ki, müharibədən əvvəl Ukraynanın hərbi büdcəsi təxminən 4 milyard dollar olub. Bu Ukraynanın 15 illik hərbi xərcləri demək idi. Düzdü

24.04.2024 162
.

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb

Avstraliyada kilsəyə hücumla bağlı istintaq çərçivəsində 7 nəfər saxlanılıb. xəbər verir ki, Avstraliyanın Yeni Cənubi Uels (NSW) əyalət komissarının müavini Devid Hudson istintaqla bağlı açıqlamalar verib. Sidneyin cənub-qərbindəki məhəllələrdə 400-dən çox polis məmuru ilə əməliyyat keçirildiyini bildirə

24.04.2024 128
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132