Pərvizə Türkiyədən təklif var

Pərvizə Türkiyədən təklif var"Survivor" yarışmasına görə uzun müddətdir Türkiyədə olan kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev bir neçə gün əvvəl Bakıya qayıdıb.

Axşam.az-ın əldə etdiyi məlumata görə, idmançı yenidən İstanbula qayıdacaq. Buna səbəb isə Pərvizin orada bir neçə iş təklifi almasıdır

Məsələ ilə bağlı Axşam.az-ın suallarını cavablandıran idmançı bildirib ki, təkliflər gəlib:

"Hazırda vətənimdəyəm. Buralar üçün çox darıxmışdım. Türkiyəyə nə vaxt qayıdacağım hələ dəqiq deyil. Amma film təklifləri almışam. Onları dəyərləndirəcəm. Birdəfəlik İstanbula köçmək bir az çətin qərardır, onu düşünməliyəm".

Qeyd edək ki, Pərviz Acun Ilıcalının "Survivor" layihəsini aprelin əvvəli tərk edib. Uçuşlar olmadığı üçün o, uzun müddət Dominikan Respublikasında qalmışdı. Maydan bu yana isə Pərviz İstanbulda qalıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3679   Tarix: 21 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş