Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİA

Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİABakı şəhərinin mobillik baxımından ən önəmli problemlərindən biri də parklanma ilə bağlıdır. Hazırda Nazirlər Kabineti tərəfindən parklanma yerlərinə görə tariflərin hələ də təsdiqlənməməsi Bakı Nəqliyyat Agentliyi tərəfindən (BNA) küçə parklanmasının tənzimlənməsinə və nəzarətinə mane olur.

Həmçinin, tariflər müəyyən olunana qədər parklanmanın pulsuz olması ilə bağlı BNA tərəfindən küçələrdə müxtəlif məlumatlandırıcı lövhələr yerləşdirilməsinə baxmayaraq, yenə də sürücülərdən ödəniş tələb olunur. Bu da, böyük məbləğdə ödənişlərin büdcədən yayınmasına səbəb olur. Bununla bərabər, mövcud şəhər infrastrukturunda parklanma məkanlarının təşkili də əsas məsələlərdən birinə çevrilib.

Maraqlıdır ki, urbanizasiyanın yüksək həddə olduğu Bakı şəhərində parklanma problemi hələ də həllini tapmayıb. Bəs bu problemin həlli üçün parkinqlərin təşkili və tarifləri necə olmalıdır?

"MediaPost"un qonağı olan nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov parkinqlərin təşkilində mövcud problemlərə toxunub və qurumların bu mövzuda Bakı Nəqliyyat Agentliyinə dəstək göstərməli olduğuna diqqət çəkib:

Ekspert hazırda parkinqlərin təşkili üçün infrastrukturun əlverişsizləşdirildiyini və çox sayda tikinti işlərinin buna mane olduğunu qeyd edir. E. Cəfərovun sözlərinə görə, müxtəlif obyektlərin tikintisi zamanı standartlar təyin olunmalı, bu standartlara parklanma tələbləri də daxil edilməlidir. Bu mövzuda digər qurumlar da Agentliyə öz dəstəyini göstərməlidir.

Bir digər problem isə parkinq tariflərinin təsdiqlənməməsi səbəbindən büdcədən milyonlarla manat məbləğin yayınmasıdır. Ekspertin sözlərinə görə, bu məbləğ illik olaraq, 10-20 milyon manatdan çoxdur və parklanma ödənişləri büdcə üçün əsas gəlir mənbəyi ola bilər.

Parkinq problemi ilə bağlı "MediaPost"a açıqlama verən daha bir nəqliyyat eksperti Ərşad Hüseynov bildirdi ki, Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər üçün dayanıqlı şəhər mobilliyi konsepsiyasının tətbiqinə ehtiyac var: "Belə konsepsiya Avropa ölkələrinin yüz mindən çox əhalisi olan şəhərlərində tətbiq olunur ki, stabil, uzunmüddətli və insan həyatını rahatlaşdırmağa hesablanmış vəziyyət yaransın. Parklanma da belə konsepsiyaya uyğun olmalıdır. Hazırkı dövrdə parklanmaların mükəmməl təşkilinə ehtiyac var. Bu məsələ zahirən asan görünsə də, heç də elə deyil. Parklanma elə təşkil olunmalıdır ki, tıxac yaratmasın, insanların ehtiyac duyduğu mobillik, sosial ədalətlilik və müəyyən xidmətlərə əlçatanlıq təmin olunsun".

Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİAƏrşad Hüseynov

Bakı şəhərində bütün növ parklanmanın tətbiqinə ehtiyac var və bunların hamısı bir-biri ilə uzlaşmalıdır.

Ekspert bildirir ki, qısa müddətə çoxmərtəbəli yerüstü parklanmalardan istifadə əlverişli deyil: "Çünki heç kəs bir neçə dəqiqə ərzində aptekdən nəsə almaq üçün 500 metr məsafədə olan parkinqdə avtomobilini qoymayacaq. Belə hallarda imkan daxilində, məhdud sayda küçə parklanmaları yaradılmalıdır, çünki parklanmalar dayanma müddətini məhdudlaşdırır. Modul tipli parklanmalar isə bir qayda olaraq, çoxmərtəbəlidir, müasir texnologiyalardan istifadə edir, kiçik məkanda bir neçə mərtəbədə avtomobillərin parklanması təşkil olunur. Bu parkinqlərin şəhər mənzərəsini korlamaması, yaşıllıqlara ziyan vurmaması, başqa təhlükələr doğurmaması kimi meyarlara baxılmalı və iqtisadi uyğunluq nəzərə alınmalıdır".

Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİABir qayda olaraq, mərkəzdən kənara getdikcə parkinq qiymətləri enməlidir

"Şəhər yalnız "A" və "B" yox, müxtəlif zonalara bölünməlidir. Həm qiymət, həm müddət baxımından, həm də parklanmaların həcmi və tipi baxımından, Bakı kimi şəhərləri 4-5 zonaya bölürlər. Məsələn, şəhərin tarixi yerlərində yeraltı parklanma yaratmaq mümkün olmur. Burada çox az sayda yüksək qiymətlə parklanma yerləri ola bilər. Zonalar parklanma yerindən istifadənin qiyməti və müddəti ilə bağlıdır. Təbii ki, bir qayda olaraq, mərkəzdən kənara getdikcə qiymət enir. Hətta şəhər girişində toplayıcı parklanmadan istifadə oluna bilər ki, bu zaman sürücülər fərdi avtomobillərini burada parklaya və şəhərə ictimai nəqliyyatdan istifadə etməklə daxil ola bilərlər. Parkinqlər üzrə gecə və gündüz tarifləri arasında fərq olmalıdır. Hətta bəzi yerlərdə gündüz vaxtı parklanma qadağan olunub, gecə vaxtı icazə verilə bilər.

Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİAƏsas hədəfi insan həyatının keyfiyyətinin yüksəldilməsi olan mobillik konsepsiyasında parklanma ilə paralel, digər işlər də görülməlidir. Bu konsepsiyada insanların evdən işə, işdən evə gedərkən yollarda daha az vaxt itirməsi və tıxaclarda az qalması önəmlidir. Bu zaman məskunlaşma ilə bağlı məsələlər də diqqətdə saxlanılmalıdır ki, əsas kütlənin iş, alış-veriş, təhsil, tibbi xidmətlər üçün lazım olan yeri maksimum dərəcədə yaxın olsun və piyada əlçatanlığı təmin olunsun. Həmçinin, şəhərdə mütləq şəbəkələşmiş velosiped zolaqları, velosiped dayanacaqları, velosipedə qulluq üçün infrastruktur qurulmalıdır. Bununla bərabər, Bakı kimi şəhərlərdə metro stansiyalarının sayı 200-dən çox olmalı, avtobus marşrutlarının şəbəkəsi, tramvay, trolleybus şəbəkəsi, şəhərətrafı qatarlar şəbəkəsi olmalıdır. Bütün bunlarla paralel şəkildə parklanma məsələsinə baxılır" - deyə, Ə. Hüseynov əlavə edib.

Bakının parkinq problemi: Səbəblər və həll yolları - MULTİMEDİANəticə olaraq, ekspertlərimiz parkinq tariflərinin tez bir zamanda qəbul olunmasını vacib hesab edirlər. Bunun həm şəhərin parklanma probleminin aradan qaldırılmasına, həm də büdcəyə əlavə vəsaitin daxil olmasına müsbət təsir edəcəyini qeyd ediblər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 795   Tarix: 21 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda "Mustang"la "avtoş"luq edən həbs olundu - VİDEO

Bakıda avtoxuliqanlıq edən sürücü həbs olunub. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən -a verilən xəbərə görə, paytaxtın Sabunçu rayonu ərazisində "Ford Mustang" markalı avtomobilin sürücüsü 29 yaşlı Aydın Cəfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etdiy

18:01 202
.

Müştəri bərbərdən narazı qaldı, iş yerini güllələdi - VİDEO

Türkiyənin İstanbul şəhərində müştəri bərbərdən narazı qalıb. BİG.AZ xəbər verir ki, müştəri qiymətin artımın biləndən sonra əsəbləşərək iş yerini güllələyib. Hadisə ərazidəki təhlükəsizlik kameraları vasitəsi ilə qeydə alınıb. Həmin görüntüləri təqdim edirik:

12:36 113
.

Paşinyanın xanımı tədbirdə təhqir olundu - Video

Ermənistanın Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan İrəvanda qondarma "erməni soyqırımı" ilə bağlı ucaldılmış "Tsitsernakaberd memorialı"nda etirazla qarşılanıb. "Qafqazinfo" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. Yayımlanan videoda Akopyanı

12:55 341
.

Marketdən 2 kq pendiri şalvarında gizlədərək OĞURLADI

Türkiyədə özünü müştəri kimi təqdim edərək bazara girən şübhəli 2 kiloluq pendir oğurlayıb. xarici mediaya istinadən xəbər verir ki, həmin şəxs pendirini şalvarına gizlədərək oğurlayıb. Ətrafa göz gəzdirən şübhəli pendiri şalvarına qoyub bazarı tərk edib. Həmin anlar təhlükəsizlik kamerasına əks olunub

17:46 284
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

20:35 111
.

Azərbaycanda mayın 1-dən bu qadağa qüvvəyə minir

Balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən ölkə ərazisindəki bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minir. xəbər verir ki, bunu Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib. Onun sözlərinə görə, bu proses sentyabrın 1-dək davam edəcək. Xidmət rəsmis

10:57 862
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

20:15 82
.

Evliliklərinin 7-ci ilini qeyd edirlər...

Aparıcı İlkin Həsəni və influenser xanımı Aysel Həsəni (icelinee) 7-ci evlilik ildönümlərini qeyd edirlər. OLAY yazır ki, bununla bağlı hər ikisi də paylaşım edib. İlkin toyundan fotonu "7 il" və ürək emojisi ilə paylaşıb. Aysel isə "25.04.2017" qeydi ilə "Bu gün toyumuzdan

14:42 505
.

Dilan Polat ağladı, əri ittihamları rədd etdi - Məhkəmədə yaşananlar

Ötən ilin noyabrın 1-də çirkli pulların yuyulması və vergidən yayınma kimi bir sıra ittihamlarla saxlanılan türkiyəli sosial media fenomeni Dilan Polat, həyat yoldaşı Engin Polat və digərlərinin məhkəməsi baş tutub. Axşam.az xəbər verir ki, məhkəməyə gətirilən Dilan salona daxil olarkən Engini görü

16:50 372