Sonuncu mesajı cavabsız qalan şəhid qızının fəryadı - VİDEO

Sonuncu mesajı cavabsız qalan şəhid qızının fəryadı - VİDEOBiz xalq olaraq şərəfli ölümlə hər zaman fəxr etmişik. Ölümün gözünə dik baxa bildiyimiz üçün bu vətən, bu xalq, bu millət nə qədər faciələrlə üzləşsə də yaşamaq haqqını itirməyib.

Qəhrəmanlıq an məsləsi deyil. O elə bir keyfiyyətdir ki, onun mahiyyətində təsadüf deyilən heç nə yoxdur. O da təsadüfən seçməmişdi bu peşəni. Çətinliklərindən də, sonundan da xəbərdar idi əslində 44 Yaşlı Anar Novruzov.

Baku.Tv şəhidin ailəsini ziyarət edib, onların xatirələri ilə tanış olub. Ömür-gün yoldaşını itirmək Nailə Novruzova üçün nə qədər çətin olsa da, torpaq, vətən uğrunda qazandığı şəhidlik məqamı ona təsəlli, güc-qüvvət verir. Anar Novruzovun toyunda vağzalı əvəzinə "Əsgər marşı"nın sədaları ilə mağara daxil olması da vətən, torpaq sevgisindən doğurdu.

Anar evə-eşiyə sığmazdı. O, cəbhənin ən qaynar nöqtələrində kəşfiyyatçı kimi xidmət edirdi. Söhbət vətəninin, torpağının bir zərrəsindən gedən zaman gözünə nə ona möhtac 2 övladı göründü, nə 20 ildən çoxdur ona həsrət qalmış doğmaları.

İndi artıq övladlarının yanına birdəfəlik dönüb mayor Novruzov.

Aprel qəhrəmanları, İyul qəhrəmanları, Yanvar qəhrəmanları.... Aylar, illər dəyişir, ancaq nə qəhrəman xalq, nə də namərd millət dəyişmir.

Ana övladını, oğul atasını, qadın həyat yoldaşını, ata dayağını itirən zaman insanın qəlbinə çökən ağrını, iztirabı göz yaşı ovundurur. Ancaq qürurla, fəxrlə şəhid yolunda övlad üçün axır bu göz yaşları. İgidimizin özündən sonra qəhrəmanlığı, şərəfli döyüş yolu və 2 övladı yadigar qaldı bizə.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3227   Tarix: 21 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179