Azərbaycan Prezidenti: "Bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır"

Azərbaycan Prezidenti: "Bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır""O ki qaldı, bizim xarici siyasətlə əlaqədar əsas prioritetlərimizə, qeyd etməliyəm ki, mən bu prioritetlər haqqında ictimaiyyətə kifayət qədər geniş açıqlama vermişəm. Bu gün bir daha demək istəyirəm, siz yeni nazir kimi bunu bir daha məndən eşitməlisiniz və Azərbaycan ictimaiyyəti də bunu bir daha eşitməlidir. Qonşu ölkələrlə münasibətlərimiz bizim üçün prioritetdir. Bu münasibətlər çox sağlam zəmində qurulubdur. Artıq həyat və hadisələrin gedişatı onu göstərir ki, bu, çox düzgün siyasətdir. Qonşu ölkələr tərəfindən də Azərbaycana qarşı olan siyasət çox müsbətdir. Biz bu siyasəti dostluq, mehriban qonşuluq prinsipləri əsasında qurmuşuq. Beləliklə, heç bir qonşu dövlətlə, təbii ki, Ermənistan istisna olmaqla, bizim heç bir problemimiz yoxdur. Keçmişdən qalan problemlər həll olunub. Bəzi hallarda bəzi ölkələrin dairələri süni şəkildə bəzi problemlər ortaya atmaq istəyirlər. Ancaq bunun da heç bir səmərəsi yoxdur".

BiG.AZ-ın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 16-da Ceyhun Bayramovu Xarici İşlər naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edən zaman deyib.

O bildirib ki, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri strateji xarakter daşıyır:

"Biz bir bölgədə yaşayırıq, biz qonşuyuq və bu qonşuluq əbədi olacaqdır. Eyni zamanda, qonşu ölkələrdə yaşayan azərbaycanlılar, əlbəttə, bu münasibətlərdə xüsusi yer tutur və onların rahat yaşaması təbii ki, bizim üçün çox önəmlidir. Bu baxımdan da qonşu ölkələrlə münasibətlər xüsusi əhəmiyyət daşıyır. Həm siyasi, həm iqtisadi, enerji, nəqliyyat, mədəniyyət - bütün sahələrdə bu münasibətləri yüksək qiymətləndirmək olar. Mən deyə bilərəm ki, bizim qonşularımızla münasibətlərimiz nümunəvi xarakter daşıyır. Çünki dünyada gedən proseslər onu göstərir ki, bəzi hallarda qonşular arasında münasibətlər problemli olur.

Bildiyiniz kimi, biz qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatında da fəaliyyət göstəririk. Onu da bildirməliyəm ki, bu üçtərəfli formatların təşəbbüskarı da biz olmuşuq. Bu gün bütün qonşularla müxtəlif konfiqurasiyada üçtərəfli əməkdaşlıq formatı icra edilir və bu, həm regional təhlükəsizliyə müsbət təsir göstərir, həm də iqtisadi, enerji, nəqliyyat layihələrinin icrasına gözəl zəmin yaradır. Ona görə, Xarici İşlər Nazirliyinin fəaliyyətində qonşu ölkələrlə münasibətlər bundan sonra da prioritet kimi qalacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 724   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bu gün ilk Qədr gecəsidir

Bu gün Ramazan ayının ilk Qədr (Əhya) gecəsidir. İlk Qədr gecəsi Ramazan ayının 18-ci gününə təsadüf edir. Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev APA-ya açıqlamasında bildirib ki, İdarənin Şamaxı Astrofizika Rəsədxanasından əldə etdiyi təqvimə əsasən, martın 28-dən 29-na keçən gec

11:03 0
.

Bakıda bu evlər bahalaşıb

Ötən ay mənzil bazarında qiymət artımları müşahidə olunub. Bu barədə Trend-ə İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) məlumat verilib. Qeyd edilib ki, fevral ayında fərdi həyət evlərinə tələbin artması müşahidə edilib. Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.8 faiz qiymət artım

14:55 0
.

Məşhur aktrisanı aldatdılar – "Key deyiləm, abır-həya edirəm"

Aktrisa Ülviyyə Xəlilbəyli yanacaqdoldurma məntəqələrinin birində aldadıldığını bildirib. -ın xəbərinə görə, o bu barədə o, öz "Instagram" hesabında məlumat verib. "Nərimanov ərazisində yerləşən yanacaqdoldurma məntəqəsi var. Nə qədər saxtakar, yalançıdırlar. Hər dəfə yanacağı verdiyi

27.03.2024 447
.

"Crocus City Hall"un bərpası neçə milyona başa gələcək? - Emin Ağalarov AÇIQLADI

"Crocus City Hall"ın konsert zalının yenidən tikintisi 150 milyon dollara (təxminən 255 milyon AZN) başa gələcək. Bunu "Crocus Group"un sahibi Araz Ağalarovun oğlu, "Agalarov Development" şirkətinin prezidenti Emin Ağalarov deyib. Onun sözlərinə görə, 15 il əvvəl kompleksi

16:01 0
.

Tolik blogerlərin saxtakarlığını açıqladı: "Onların öz şəbəkələri var" - Video

Aparıcı Tarix Əliyev (Tolik) blogerlərin saxtakarlıqla məşğul olduqlarını iddia edib. Axşam.az xəbər verir ki, Tolik onların reklamvericiləri aldatdığını vurğulayıb. O bildirib ki, blogerlərin bəziləri böyük işçi qrupu toplayaraq, bir çox saxta yollara əl atırlar:. "Blogerlərlə bağlı çox paylaşımla

11:38 0
.

Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini azaldıb

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti (İH) uçot dərəcəsinin 0,25 faiz bəndi azaldılaraq 7,75 %-dən 7,5 %-ə endirilməsi barədə qərar qəbul edib. "Report" bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, faiz dəhlizinin aşağı həddi 6,25 % saxlanlıb, yuxarı həddi isə 0,25 faiz bənd

12:28 0
.

"Aİ Ermənistana namizəd statusu təklif etməyə hazır olduğunu bildirməlidir"

"Viza rejiminin liberallaşdırılması üzrə Aİ-Ermənistan dialoqunun başlanması münasibətlərin dərinləşməsi üçün mühüm addım olardı". xəbər verir ki, Bu barədə Danimarkanın keçmiş baş naziri və NATO-nun baş katibi Anders Foq Rasmusse deyib. Hesabata görə, Aİ Ermənistana namizəd statusu təkli

27.03.2024 208
.

"Crocus City Hall"da baş verən terror aktında ölənlərin sayı artıb

Rusiya Fövqəladə Hallar Nazirliyi "Crocus City Hall"da törədilən terror aktı nəticəsində həlak olanların yenilənmiş siyahısını dərc edib. Orada 143 nəfərin adı var. Yeni siyahı Rusiya Federasiyası Səhiyyə Nazirliyinin 27 mart Moskva vaxtı ilə saat 20:00-a qədər olan məlumatlarına əsaslanır

27.03.2024 343
.

Gəlinə verilən hədiyyə boşananda bölünməyəcək

Nişan-toy mərasimlərində ərə və ya arvada verilən hədiyyələr onların ayrıca əmlakı hesab olunacaq. "Qafqazinfo"nun məlumatına görə, bu barədə Ali Məhkəmənin "Ər və arvadın əmlaklarının bölünməsi" ilə bağlı Plenum qərarında əks olunub. Qeyd edilib ki, mərasimlərdə ümumilikdə ailəy

14:37 262