Könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var
"Azərbaycan Silahlı Qüvvələrinə könüllü hərbi xidmətə getmək istəyənlər sırasında xanımlar da var".
BiG.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov deyib.
Onun sözlərinə görə, hazırda qeydiyyat üçün xidmətin aidiyyəti şöbə və bölmələrinə müraciətlər daxil olmaqdadır: "Bu gün 4 mindən artıq şəxslər müraciət ediblər. Onların içərisində xanımlar da var. Ümumi müraciət edənlərin yaş həddi müxtəlifdir".
BiG.Az


Xəbərlər Baxılıb: 3204 Tarix: 16 iyul 2020
Şikayətiniz varsa Whatsapp: 077 7125666
Facebookda Paylaş