ABŞ-da kilsə öz binasını satıb yoxsullar üçün BU MƏNZİLİ tikdi - FOTO

ABŞ-da kilsə öz binasını satıb yoxsullar üçün BU MƏNZİLİ tikdi - FOTO

ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Presviterian Kilsəsi yüzillik tarixi olan binasını qeyri-kommersiya şirkətinə satıb. Sökülərən binanın yerində 173 mənzildən ibarət yeddi mərtəbəli yaşayış kompleksi tikilib.

ABŞ-da kilsə öz binasını satıb yoxsullar üçün BU MƏNZİLİ tikdi - FOTO

BiG.AZ-ın lenta.ru-ya istinadən verdiyi xəbərə görə, bina imkansızların məskunlaşması üçün nəzərdə tutulub.

Mənzil tikintisi 71 milyon dollara başa gəlib. Kilsə evin birinci mərtəbəsini icarəyə götürüb. Burada kasıb və evsizlərə qulluq edilir.

Təşkilat nümayəndələri, ibadət üçün başqa yerlərinin olmadığını deyənlərə "Kilsə ilk növbədə insanlar və missiyadır" deyə cavab veriblər.

Qeyd olunur ki, pandemiya fonunda dini qurumların gəlirləri kəskin azalıb: insanlar evlərində oturur, ianələr toplanılmır. İqtisadçıların hesablamalarına əsasən, ABŞ-da hər beşinci kilsə növbəti 16 ayda bağlana bilər.

Əksər hallarda ölkənin dini qurumlarına məxsus torpaqlara vergi tutulmur. Nəticədə, Amerika kilsələri əlverişli yaşayış yerlərinin tikilə biləcəyi minlərlə hektar əraziyə sahibdirlər.

Bu problem ABŞ-da xüsusilə aktualdır. Məsələn, daha öncə yoxsul pensiyaçıları boş sanatoriya və ruhi xəstəxanalara yerləşmək təklif olunub.

Natəvan Baxşiyeva

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 764 Tarix: 16.07.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol