Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADI

Meqan Markl kral ailəsindən ayrılmağın əsl səbəbini AÇIQLADISasseks hersoginyası Meqan Markl şahzadə Harri ilə kral ailəsindən ayrılmasının əsl səbəbini açıqlayıb.

Hersoginya "Daily Star" qəzetinə "Girl Up" onlayn zirvəsinə həsr olunmuş videomüraciət ünvanlayıb.

38 yaşlı Meqan Markl şahzadə Harri ilə kral imtiyazlarından imtina etmələri və ABŞ-a köçmələrinin səbəblərini izah edib:

"İntuisiyanız sizə nəyin doğru və nəyin səhv olduğunu deyəcək. Nə ədalətlidir, nə yox. Mənim üçün ən çətini inanclarımı hərəkətlərlə gücləndirmək idi.
Can atmağa çalışdığımız dəyişiklik və artım hər gün baş vermir. Ancaq geriyə baxanda inanın, atdığınız hər addımın sizi məqsədə yaxınlaşdıracağını görəcəksiniz".

"Force Majeure" televiziya serialının aktrisası hüquqlarını müdafiə etməyin vacib olduğunu vurğulayıb:

"Neqativ fikirlər həmişə olacaq və bu ifadələr həddən artıq yüksək görünə bilər, bəzən hətta sənə zərər verə bilər. Ancaq kənar səs-küy və müdaxilələrin qarşısını almaq üçün daxili gücünüzdən istifadə edə bilərsiniz. Çünki kənardakılar sadəcə boş gurultudur. Daxili səsiniz sizə həqiqəti pıçıldayacaq, o, ümidi təmsil edir. Səsiniz daha yüksək ola bilər və olmalıdır".
"The Sun" ekspertləri onun çıxışını Böyük Britaniya kraliçası II Yelizavetaya tənqid kimi qəbul edib. Şahzadə Harrinin həyat yoldaşının bəzi fikirləri isə kral imtiyazlarından imtina etmək üçün bəhanə kimi qiymətləndirilib. Saraydakı mənbələrə görə, kral ailəsi Marklın çıxışından xəbərdar olmayıb.

1 apreldə şahzadə Harri və Meqan Markl İngiltərə kral ailəsinin üzvləri kimi fəaliyyətini dayandırmaq qərarını dünya ictimaiyyətinə elan etmişdi. Onlar ABŞ-a köçmək, işləmək və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ əldə etmək üçün dövlət maliyyələşdirməsindən və "Sasseks Royal" ticarət markasından imtina etməli olmuşdular.
Cütlük önümüzdəki aylarda Harrinin atası şahzadə Çarlzın köməyinə güvənə biləcək. O, oğlu və gəlininin xərclərini şəxsi hesabından ödəyəcək.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2926   Tarix: 16 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Bakıda binalarda yeni oğurluq üsulu: Görüntülərlə bağlı araşdırmalara başlanılıb - YENİLƏNİB + VİDEO

Bakıda binalardan edilən oğurluqla bağlı rəsmi açıqlama verilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Lumu İsrəfilli -a bildirib ki, yayılan görüntülər araşdırılır:. "Şübhəli şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər görülür". 17:16. Bakıda cinayətkarla

24.04.2024 408
.

İsrail Qəzzaya hücum etdi: 6 fələstinli öldü

İsrail Qəzza sektorundakı Rafah şəhərinə və Nusayrat qaçqın düşərgəsinə hücum edib. BİG.AZ xəbər verir ki, hücumu nəticəsində azı 6 fələstinli ölüb, bir çox insan isə yaralanıb. Məlumata görə, hadisə nəticəsində bir çox insan xəsarət alıb və dağıntılar altında olan itkin düşənlərin axtarışı davam edir

24.04.2024 56
.

Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib

Şimali Koreya COVID-19 epidemiyasından sonra ilk dəfə İrana yüksək səviyyəli nümayəndə heyəti göndərib. xəbər verir ki, Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsind

24.04.2024 132
.

Günəşdə nadir HADİSƏ yaşanıb - 25 - 26-sı ilə bağlı CİDDİ XƏBƏRDARLIQ

Ötən gün Günəşdə nadir rast gəlinən hadisə - eyni vaxtda dörd partlayış baş verib. -a istinadən xəbər verir ki, partlayışlar nəticəsində plazma tullantıları Yerə çataraq geomaqnit qasırğasına səbəb ola bilər. Günəş alovları Günəşin səthində güclü elektromaqnit şüalanmasına səbəb olan partlayışlardır

24.04.2024 515
.

İsrail əsgərləri Qərbi Şəriyədə 15 fələstinlini həbs edib

İsrail əsgərləri işğal altında olan Qərb sahilində daha 15 fələstinlini həbs ediblər. BİG.AZ xəbər verir ki, bu barədə Fələstin Azadlıq Təşkilatı məlumat yayıb. İsrail əsgərləri Şərqi Yerusəlimdə, eləcə də Nablus, Jenin, Xebron və Ramallah şəhərlərində fələstinlilərin evlərinə basqınlar ediblər. Qey

24.04.2024 237
.

Yamayka Fələstini dövlət kimi tanıyıb

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb. xəbər verir ki, bu barədə Yamaykanın xarici işlər naziri Kamina Conson Smit bildirib. "Yamayka uzun müddətdir davam edən münaqişənin (İsrail və Fələstin arasında) həlli üçün yeganə əlverişli variant kimi iki dövlətli həll yolunu müdafi

24.04.2024 147
.

İlber Ortaylının təyyarədə halı pisləşdi: Uçuş təxirə salındı

Türkiyənin tanınmış tarixçisi, professor İlber Ortaylı Türk Hava Yollarının (THY) İzmir-İstanbul "TK-2337" reysi ilə hərəkət edən təyyarədə olarkən vəziyyəti pisləşib. Məlumata görə, professorun vəziyyətinin yaxşı olmadığını görən heyət uçuşu təxirə salıb. 76 yaşlı tarixçiyə həkimlər tərəfində

24.04.2024 248
.

ABŞ ştatında müəllimlərə məktəbdə odlu silah gəzdirməyə icazə verilib

ABŞ-nin Tennessi ştatının qanunvericiləri müəllimlərə məktəbdə gizli odlu silah gəzdirməyə icazə verən qanun layihəsini qəbul ediblər. Qeyd olunur ki, qərar ictimaiyyətin qəzəbinə səbəb olub. Qanun layihəsi respublikaçıların üstünlük təşkil etdiyi Tennessi Nümayəndələr Palatası tərəfindən qəbul edilib

24.04.2024 242
.

İsrail ordusu Qərb sahilində 3 fələstinlini yaraladı

İsrail ordusu işğal altında olan Qərbi Sahil şəhəri Xebron şəhərində hücum edib. BİG.AZ xəbər verir ki, hadisə zamanı 3 fələstinli yaralanıb. Bu barədə Fələstin Qırmızı Ayparası məlumat yayıb. 3 fələstinli Xevron şəhəri yaxınlığındakı Beit Amr və Halhul bölgələrində İsrail əsgərlərinin gülləsi ilə yaralandıqda

24.04.2024 121